Icma.az
close
up
RU
Nissan a daha bir zərbə İşçiləri çıxartdılar, istehsalı dayandırdılar

Nissan a daha bir zərbə İşçiləri çıxartdılar, istehsalı dayandırdılar

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çətin günlər yaşayan "Nissan"a bir zərbə də ABŞ-dən gəlib.

Yaponiyanın tanınmış avtomobil istehsalçısı "Nissan" ABŞ-nin idxal maşınlarına tətbiq etdiyi 25 faizlik gömrük rüsumuna cavab olaraq "Rogue" modelinin Yaponiyadakı istehsalını müvəqqəti azaltmaq qərarına gəlib.

Milli.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın qərarı avtomobil sənayesində böyük dəyişikliklərə səbəb olub. Bu vəziyyətdən ən çox təsirlənən şirkətlərdən biri də "Nissan"dır. Şirkət ötən il ABŞ-də satdığı maşınların əksəriyyətini Yaponiya və Meksikada istehsal etmişdi.

May-iyul aylarında Nissan Kyushu zavodunda Rogue modelinin istehsalı 13 min ədəd azaldılacaq. Bu da ilin əvvəlində ABŞ-də satılan bu modellərin təxminən beşdə birinə bərabərdir. Zavodda iki növbəlik sistem davam edəcək, lakin bəzi günlərdə istehsal dayanacaq və iş saatları azaldılacaq.

Rogue modeli ABŞ bazarında Nissan üçün əsas modellərdən biridir. Ötən il bu avtomobildən ölkədə 246 min ədəd satılıb. Model həmçinin ABŞ-dəki Tennessi ştatında yerləşən Smyrna zavodunda da istehsal olunur.

Qeyd edək ki, "Nissan" son vaxtlar daxili çətinliklərlə də üzləşib. Şirkətin rəhbəri Makoto Uçida istefa verib. Onun yerinə 1 aprel tarixindən İvan Espinosa təyin olunub. Bu dəyişiklik "Honda" ilə aparılan birləşmə danışıqlarının uğursuzluğundan sonra baş verib. "Nissan" "Honda" ilə istehsal və texnologiya sahəsində əməkdaşlıq etmək istəyirdi, lakin "Honda"nın şirkəti tam almaq istəyi Nissan tərəfindən rədd edilib.

Maliyyə göstəriciləri də şirkət üçün mənfi olub. Nissan 2024-cü ilin ilk yarısında xalis gəlirinin 94 faiz azaldığını bildirib. Şirkət 9 min işçini ixtisar edib və istehsal gücünü 20 faiz azaldıb. Buna baxmayaraq, hələlik heç bir zavodun bağlanması planlaşdırılmır.

2018-ci ildə sabiq rəhbər Karlos Qon maliyyə pozuntuları səbəbilə vəzifədən gedəndən sonra Nissan hələ də əvvəlki gücünə qayıda bilməyib.

İslam
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Aprel 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri