Icma.az
close
up
RU
Niyam Salaminin 500 minlik qalmaqal

Niyam Salaminin 500 minlik qalmaqal

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Adı 21 800 manat dəyərində kömür məhsulunu mənimsəməkdə hallanan müğənni Niyam Salaminin 500 000 manat borcunu ödəyə bilmədiyi üçün keçmiş şəriki tərəfindən məhkəməyə verilməsi ilə bağlı məsələnin bəzi təfərrüatı məlum olub. Oxu.Az-a açıqlama verən N.Salaminin vəkili Azər Xudiyev qarşı tərəfin iddialarının doğru olmadığını bildirib.

Hüquqşünas N.Salaminin məhkəmədə imzasını əvvəlcə təsdiq edib, sonra isə dəyişdirdiyi ilə bağlı iddiaların qətiyyən doğru olmadığını, birinci instansiya məhkəməsində və apellyasiya şikayəti zamanı şahidlərin dindirilməsi və imzanın düzgünlüyünün yoxlanması üçün texniki ekspertizaya göndərilməsi üçün vəsatət qaldırdıqlarını bildirib:

"Birinci instansiya məhkəməsində də biz şahidlərin dindirilməsini tələb etdik və vəsatət qaldırdıq ki, kağızın üzərindəki xətt texniki ekspertizaya göndərilsin. Həmin vaxtı Niyam bəyin hüquqi işlərini görən Xətai adlı şəxs, soyadını bilmirəm, üç-dörd ədəd A4 formatındakı ağ, boş kağıza imza atdırıb Niyam bəyə. Bu barədə o özü apellyasiya məhkəməsində də ifadə verdi, hətta dedi ki, biz müğənnilərlə işləyirik deyə üç-dörd ağ vərəqə imza atdırırıq ki, özləri burada olmayanda, qastrol səfərində və ya toyda olanda restoran işində onun əvəzindən müqavilələrin üstünü yazırıq, doldururuq, bağlayırıq. Xətai bəy işdən ayrılanda isə Niyam bəyin bütün sənədləri ilə birlikdə bu imzalı boş kağızları da verib Tural bəyə. Sonradan Tural götürüb Niyamın adından həmin o imzalı ağ kağızın üzərinə öz istədiyi kimi mətn yazıb ki, "500 000 manat almışam və mən onu aybaay qaytarmağı öhdəmə götürürəm". Bu, tamamilə cəfəngiyyatdır, əsassızdır".

A.Xudiyev onu da vurğulayıb ki, Şirvan Kommersiya Məhkəməsi onların qaldırdıqları vəsatəti qəbul etməyib:

"Bizim ekspertiza və şahidlərin dindirilməsi ilə bağlı vəsatətimiz qəbul edilmədi. Biz də apellyasiya şikayəti verdik və apellyasiya şikayəti zamanı hakimlərin nəzərinə çatdırdıq ki, şahidlərimiz var. Həmin məhkəmədə Niyam bəyin əvvəlki vəkili Xətai özü və guya 500 000 manatlıq müqavilə imzalananda orada olduqları deyilən şahidlər də iştirak edirdilər və şahidlər müqavilə ilə bağlı deyilənlərin tamamilə əsassız olduğunu söyləyərək, bildirdilər ki, Niyamın yanında ancaq icarə müqavilələri imzalananda olublar və onların yanında Niyam ancaq ağ kağıza imza atıb.

Hakimlər də belə qərara gəldilər ki, bu məsələ şübhə doğurduğu üçün iş texniki ekspertizaya getməlidir. Beləcə, apellyasiya məhkəməsində vəsatətimiz təmin olundu və materiallar ekspertizaya göndərildi. Hazırda xəttin müəyyənləşdirilməsi texniki ekspertizada olduğu üçün biz cavab gözləyirik. Yəni bu proses bağlanmayıb, davam edir", - deyə hüquqşünas bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://pravda.az
archiveBu xəbər 29 Yanvar 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see138

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see131

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see130

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see129

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see127

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see123

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see117

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see116

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see115

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see114

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see113

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see112

2000 illik heykəllərə zərər verdi İstintaq başladıldı

02 İyun 2025 16:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri