Icma.az
close
up
RU
Niyam saxta sənədlərlə aldadıldığını iddia edir 500 minlik qalmaqal

Niyam saxta sənədlərlə aldadıldığını iddia edir 500 minlik qalmaqal

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Adı 21 800 manat dəyərində kömür məhsulunu mənimsəməkdə hallanan müğənni Niyam Salaminin 500 000 manat borcunu ödəyə bilmədiyi üçün keçmiş şəriki tərəfindən məhkəməyə verilməsi ilə bağlı məsələnin bəzi təfərrüatı məlum olub.

Axşam.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlama verən N.Salaminin vəkili Azər Xudiyev qarşı tərəfin iddialarının doğru olmadığını bildirib.

Hüquqşünas N.Salaminin məhkəmədə imzasını əvvəlcə təsdiq edib, sonra isə dəyişdirdiyi ilə bağlı iddiaların qətiyyən doğru olmadığını, birinci instansiya məhkəməsində və apellyasiya şikayəti zamanı şahidlərin dindirilməsi və imzanın düzgünlüyünün yoxlanması üçün texniki ekspertizaya göndərilməsi üçün vəsatət qaldırdıqlarını bildirib:

"Birinci instansiya məhkəməsində də biz şahidlərin dindirilməsini tələb etdik və vəsatət qaldırdıq ki, kağızın üzərindəki xətt texniki ekspertizaya göndərilsin. Həmin vaxtı Niyam bəyin hüquqi işlərini görən Xətai adlı şəxs, soyadını bilmirəm, üç-dörd ədəd A4 formatındakı ağ, boş kağıza imza atdırıb Niyam bəyə. Bu barədə o özü apellyasiya məhkəməsində də ifadə verdi, hətta dedi ki, biz müğənnilərlə işləyirik deyə üç-dörd ağ vərəqə imza atdırırıq ki, özləri burada olmayanda, qastrol səfərində və ya toyda olanda restoran işində onun əvəzindən müqavilələrin üstünü yazırıq, doldururuq, bağlayırıq. Xətai bəy işdən ayrılanda isə Niyam bəyin bütün sənədləri ilə birlikdə bu imzalı boş kağızları da verib Tural bəyə. Sonradan Tural götürüb Niyamın adından həmin o imzalı ağ kağızın üzərinə öz istədiyi kimi mətn yazıb ki, "500 000 manat almışam və mən onu aybaay qaytarmağı öhdəmə götürürəm". Bu, tamamilə cəfəngiyyatdır, əsassızdır".

A.Xudiyev onu da vurğulayıb ki, Şirvan Kommersiya Məhkəməsi onların qaldırdıqları vəsatəti qəbul etməyib:

"Bizim ekspertiza və şahidlərin dindirilməsi ilə bağlı vəsatətimiz qəbul edilmədi. Biz də apellyasiya şikayəti verdik və apellyasiya şikayəti zamanı hakimlərin nəzərinə çatdırdıq ki, şahidlərimiz var. Həmin məhkəmədə Niyam bəyin əvvəlki vəkili Xətai özü və guya 500 000 manatlıq müqavilə imzalananda orada olduqları deyilən şahidlər də iştirak edirdilər və şahidlər müqavilə ilə bağlı deyilənlərin tamamilə əsassız olduğunu söyləyərək, bildirdilər ki, Niyamın yanında ancaq icarə müqavilələri imzalananda olublar və onların yanında Niyam ancaq ağ kağıza imza atıb.

Hakimlər də belə qərara gəldilər ki, bu məsələ şübhə doğurduğu üçün iş texniki ekspertizaya getməlidir. Beləcə, apellyasiya məhkəməsində vəsatətimiz təmin olundu və materiallar ekspertizaya göndərildi. Hazırda xəttin müəyyənləşdirilməsi texniki ekspertizada olduğu üçün biz cavab gözləyirik. Yəni bu proses bağlanmayıb, davam edir" deyə, hüquqşünas bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://axsam.az
archiveBu xəbər 29 Yanvar 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri