Niyam Salaminin adı yarım milyon manatlıq qalmaqalda FOTO
Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
Adı 21 800 manat dəyərində kömür məhsulunu mənimsəməkdə hallanan müğənni Niyam Salami 500 000 manat borcunu ödəyə bilmədiyi üçün keçmiş şəriki tərəfindən məhkəməyə verilib.
Hurriyyet.Az oxu.az-a istinadla xəbər verir ki, N.Salami Tural Cəfərov adlı iş adamından şəxsi problemlərinin həlli və restoran biznesinin genişləndirilməsi məqsədilə 500 000 manat borc alıb.
İş adamı ilə aralarında imzalanan müqaviləyə əsasən, Niyam Salami borcu hissə-hissə olmaq şərti ilə 24 ay ərzində 550 000 manat olaraq geri qaytarmağa razılaşıb.
Müqaviləyə görə, Salami iş adamına hər ay müəyyən məbləğ ödəməyi vəd edib. O, həmçinin, öhdəlik götürüb ki, hər hansı bir ayda 25 000-30 000 manat arasında ödəniş etməsə, bütün borcun dərhal tələb ediləcəyini qəbul edəcək və buna etiraz etməyəcək. Götürdüyü öhdəlikləri yerinə yetirməyən müğənni şəriki ilə məhkəmədə üz-üzə gəlməli olub. Qarşı tərəfin iddiasını 11 sentyabr 2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsi təmin edib və N.Salaminin keçmiş ortağına 500 000 manatı, eləcə də 790 manat dövlət rüsumunu ödəməsi barədə qərar çıxarıb.
Məlum olub ki, N.Salami məhkəmənin hökmü ilə razılaşmayıb və apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsinin vaxtı isə aparılacaq ekspertizadan sonra baş tutacaq. Çünki ilkin ifadəsində müqavilədəki xəttin ona məxsus olduğunu təsdiq edən müğənni, sonradan ifadəsini təkzib edib və xəttin ona məxsus olmadığını iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 Yanvar 2025 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















