Niyazi Bayramov xəsarət almış şəhər sakinini xəstəxanada ziyarət etdi FOTO
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bir neçə gün əvvəl xəsarət almış A.H. adlı şəhər sakinini xəstəxanada ziyarət edib.
"Unikal" xəbər verir ki, icra başçısı qadının səhhəti və psixoloji durumu ilə maraqlanıb. Şəhər rəhbərinə məlumat verilib ki, bir neçə gündür tibb müəssisəsinin reanimasiya şöbəsində olan pasient bugün stasionar palataya köçürülüb. Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu qadınla və iki azyaşlı övladı ilə söhbət aparıb.
Uşaqların psixoloji vəziyyəti nəzərə alınaraq onlar “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası İctimai Birliyinin Gəncə şəhəri üzrə Uşaqlar üçün sosial xidmət mərkəzinə yönləndiriliblər. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən qadın və azyaşlı övladları nəzarətdə saxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 03 Mart 2025 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















