Icma.az
close
up
RU
Niyə Bayden teledebatlarda Trampa uduzub?

Niyə Bayden teledebatlarda Trampa uduzub?

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az “NBC News” telekanalına istinadən xəbər verir ki, Hanter Baydenin “Channel 5 with Andrew Callaghan” You-Tube kanalındakı müsahibəsi Co Byadenin prezident seçkilərindən geri çəkilmək barədə qərarından bir il sonra yayılıb.
“Mən həmin debatda nə baş verdiyini dəqiq bilirəm. O, dünyanın yarısını uçuşla gəzdi - qət etdiyi ümumi məsafə ona dünyanı üç dəfə dövrə vurmağa imkan verərdi. Onun 81 yaşı var, hədsiz dərəcədə yorulurdu, yatmasına kömək etmək üçün ona “Ambien” verirdilər, səhnəyə çıxırdı və faraların işıq saçdığı marala oxşayırdı”, - Hanter Bayden iddia edib.
Maraqlıdır ki, Co Bayden də ovaxtkı zəif debatlarını yorğunluqla izah etsə də, yuxu həbləri barədə heç nə deməyib.
- Debatlara az qalmış iki dəfə uçmaq qərarına gəldim. Məsləhətçilərimə qulaq asmadım və az qala səhnədə yuxuya getdim”, - teledebatlardan bir neçə gün sonra Virciniya ştatının Maklin şəhərində keçirilən ianə aksiyasında keçmiş ABŞ prezidenti vurğulamışdı.
Hanter Bayden “Channel 5” YouTube kanalına müsahibəsində debatlardan sonra atasını namizədliyini geri götürməyə çağıran bir sıra tanınmış demokratları da tənqid edib.
Amerika mediasının yazdığına görə, həmin debatlar ABŞ tarixində fəaliyyətdə olan prezident üçün ən zəif çıxış olub. Çıxışı zamanı Co Bayden kəkələyirdi, sözlərini qarışdırırdı və özünü itirmiş vəziyyətdə görünürdü.
Hanter Bayden, həmçinin 2023-cü ildə Ağ Evin Qərb sektorunda tapılan kokain paketinə aidiyyəti olması barədə iddiaların hamısını inkar edib. Halbuki, bu ilin əvvəlində ABŞ prezidenti Donald Tramp verdiyi müsahibədə paketin “ya Hanterə, ya da Coya” aid olduğunu ehtimalını irəli sürmüşdü.
Hanter Bayden 2019-cu ilin iyun ayından bir damcı da narkotik və alkoqol qəbul etmədiyini və bundan qürur duyduğunu açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azvision.az
archiveBu xəbər 22 İyul 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri