Icma.az
close
up
RU
Niyə bəzi insanlar çox yesələr də kökəlmirlər? Açıqlama

Niyə bəzi insanlar çox yesələr də kökəlmirlər? Açıqlama

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Arıqlama metodu hər insan üçün fərdi olmalıdır.

Milli.Az xəbər verir ki, bunu Rusiyanın "Genotek" mediko-genetik mərkəzinin elmi kommunikasiya rəhbəri Yekaterina Surkova bildirib.

Bioloqun sözlərinə görə hər kəs üçün universal arıqlama üsulu mövcud deyil, çünki insan orqanizminin reaksiyası genetik kodla müəyyən olunur.

Yekaterina Surkova açıqlamasında qeyd edib ki, DNT analizi orqanizmin maddələr mübadiləsi, yağların mənimsənilməsi və fiziki yüklənmələrə reaksiyası barədə mühüm məlumat verir:

"DNT molekulunda bədənimizin bütün funksiyalarını tənzimləyən zülallar haqqında məlumat kodlaşdırılıb. Bu, yalnız laktaza və ya qlüten dözümsüzlüyü ilə bağlı deyil. Məsələn, bəzi genlər yüksək yağlı pəhrizlərlə çəki artımına meyilliliyi göstərir. Bu genlərə sahib insanlar doymuş yağları azaltsalar, çəkiyə nəzarət etmək daha asan olur."

Mütəxəssis əlavə edib ki, bu genetik xüsusiyyətlər niyə bir nəfərin ketodieta ilə asanlıqla arıqladığı, digərinin isə eyni pəhrizlə kökəldiyini izah edir.

Eyni prinsip idman növlərinə uyğunluqda da müşahidə olunur. Surkovanın sözlərinə görə ACTN3 geni ("sprint genı") əzələlərdəki sürətli liflərin effektivliyinə cavabdehdir:

"Bu genin aktiv variantına sahib insanlar daha çox sprint və güc növlərində uğurlu olurlar. Lakin genin 'passiv' formasına malik şəxslərdə dözümlülük daha yüksək olur - bu isə marafon və velosiped yarışları üçün ideal göstəricidir."

Alim hesab edir ki, genetika arıqlama planının, idman proqramının və hətta sağlamlıq risklərinin fərdiləşdirilməsində əsas rol oynayır. DNT analizləri insanın piylənmə, 2-ci tip diabet və ürək-damar xəstəliklərinə meyilliliyini də müəyyən edə bilər.

Bioloqun fikrincə, arıqlama strategiyası hazırlamaqdan əvvəl DNT testindən keçmək, insanın öz orqanizminə ən uyğun yolu seçməsi üçün ən ağıllı addımdır.

İsmayıl
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Oktyabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri