Icma.az
close
up
RU
Niyə bəzi münasibətlər tez sönür ?” Psixoloqdan MARAQLI açıqlama

Niyə bəzi münasibətlər tez sönür ?” Psixoloqdan MARAQLI açıqlama

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Heç bir universitetdə seksual intellekt fənn kimi keçilmir. 

Bu, həyatın öz məktəbidir. Hər kəs öz daxilində bu dərsi ya öyrənir, ya da öyrənmədiyi üçün münasibətlərində eyni səhvləri təkrar edir. Bilik bizi savadlı, emosional intellekt müdrik etsə də, seksual intellekt bizə həyatımızda səmimiyyət, ahəng və güvən qazandırır”.

Bunu “Cebheinfo.az”-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova deyib.

Psixoloq əlavə edib ki, bəlkə də ən vacib sual budur: 

“Siz bu dərsi öz daxili məktəbinizdə necə öyrənirsiniz?

Heç düşündünüzmü, nə üçün bəzi münasibətlər uzunömürlü, bəziləri isə çox tez sönür? 

Niyə bəzən sevgidə yaxınlıq insana güc verir, bəzən də əksinə yorur və uzaqlaşdırır? Cavab çox vaxt bizim gizli, amma həyati əhəmiyyət daşıyan bir bacarığımızda gizlənir, bu da seksual intellektdir”.

Samirə İsmayılova bildirib ki, seksual intellekt yalnız yaxınlığın fiziki tərəfi deyil:

“Seksual intellekt yalnız yaxınlığın fiziki tərəfi deyil, daha dərin, daha incə bir aləmdir. Bu, insanın öz hisslərini tanıması, onlardan utanmadan, gizlətmədən danışa bilməsi və qarşısındakı insanın duyğularına da hörmətlə yanaşmasıdır. Əslində, bu intellekt insanın həm özünə, həm də münasibətlərinə göstərdiyi qayğının göstəricisidir”.

O qeyd edib ki, seksual intellekti zəif olan münasibətlərdə susqunluq, anlaşılmazlıq və gizli narazılıqlar yığılır:

“İnsan belə hallarda öz ehtiyaclarını dilə gətirməkdən çəkinir, qarşısındakını anlamır və nəticədə, sükut qırıldıqda artıq çox gec olur. Əksinə, bu intellekti güclü olan insanlar münasibətlərdə səmimiyyəti qoruyur, yaxınlığı isə yalnız bir anlıq zövq yox, həm də mənəvi bağ kimi görürlər”.

Psixoloq bildirib ki, psixoloji baxımdan seksual intellekt özünü dərk etməkdir:

“İnsan öz içindəki duyğuları başa düşməyə başladıqca, qarşısındakı insana da empati göstərməyi öyrənir. Bu, nəinki münasibətlərdə, hətta gündəlik həyatda da sabitlik yaradır. Özünü tanıyan və qəbul edən insan başqasına da dəyər verməyi bacarır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri