Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

NİYƏ BÖLGƏLƏRDƏ İŞ TAPMAQ ÇƏTİNDİR? Ekspert səbəbləri açıqladı

NİYƏ BÖLGƏLƏRDƏ İŞ TAPMAQ ÇƏTİNDİR? Ekspert səbəbləri açıqladı

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda son illərdə bölgələrdə həyata keçirilən infrastruktur və sosial layihələr regionların inkişafına müsbət təsir göstərsə də, bir sıra problemlər hələ də qalmaqdadır. Xüsusilə məşğulluq, investisiya cəlbediciliyi, istehsalın inkişafı və gənclərin paytaxta miqrasiyası regionların sosial-iqtisadi inkişafını ləngidən əsas amillər sırasında göstərilir. Mütəxəssislər hesab edirlər ki, bölgələrin potensialından tam istifadə etmək üçün kompleks yanaşmaya ehtiyac var. 

Bəs regionların inkişafını ləngidən əsas səbəblər hansılardır? Bu problemlərin həlli üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli deyir ki, regionlarda vəziyyət elə də ürəkaçan deyil. Bakıda da layiqli iş tapmaq asan deyil, çünki ölkə iqtisadiyyatı hələ də istənilən səviyyədə inkişaf etməyib.

“Bölgələrlə müqayisədə Bakıda müəyyən iş imkanları var. Ancaq Azərbaycanın ən inkişaf etmiş şəhərini qonşu ölkələrin paytaxtları və iri şəhərləri ilə müqayisə etdikdə, təəssüf ki, burada da vəziyyət ürəkaçan deyil. Bakıda orta aylıq əməkhaqqı da qonşu ölkələrlə müqayisədə aşağıdır. Azərbaycan böyük əraziyə malik ölkə deyil. Bu baxımdan regionların problemi əslində bütövlükdə ölkənin problemidir. Əsas məsələ ondan ibarətdir ki, iqtisadiyyatın qeyri-neft sektoru zəif inkişaf edib, qeyri-neft ixracının həcmi isə çox aşağıdır. Ölkədə rentabelli istehsal qurmaq çətindir və bunun həm obyektiv, həm də subyektiv səbəbləri var.

Azərbaycanın coğrafi mövqeyi də müəyyən çətinliklər yaradır. Ölkənin açıq okeana çıxışı yoxdur. Okeana çıxışı olmayan dövlətlər, adətən, idxal və ixrac əməliyyatlarında daha çox maneələrlə üzləşirlər. Nümunə kimi Avstriyanı göstərmək olar. Lakin Avstriya vahid Avropa bazarının bir hissəsidir və onun yerləşdiyi geosiyasi mühit bizimkindən tamamilə fərqlidir”, - deyə o, bildirir.


İqtisadçı qeyd edir ki, Azərbaycanın qonşuluq etdiyi region da mürəkkəbdir. Cənubda İran uzun illərdir beynəlxalq sanksiyalar altındadır. Şimalda Rusiya həm genişmiqyaslı sanksiyalarla üzləşən, həm də müharibə şəraitində olan ölkədir. Qərbdə Ermənistanla sərhədlər bağlıdır və iqtisadi əlaqələr mövcud deyil. Dünyaya əsas çıxışımız Gürcüstan üzərindən həyata keçirilir: “Okeana çıxışın olmaması istehsalın maya dəyərini artırır. Çünki həm idxal, həm də ixrac zamanı logistika xərcləri yüksəlir. Bu da Azərbaycanın əsas iqtisadi problemlərindən biridir. Hazırda ölkə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri kimi layihələr vasitəsilə bu çatışmazlıqları kompensasiya etməyə çalışır. Əslində, uğurlu olmayan coğrafi mövqenin yaratdığı çətinlikləri müəyyən üstünlüklərə çevirmək lazımdır. Tarixi imkanlar da yaranıb ki, bu beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycandan keçsin. Lakin bu, yalnız Azərbaycandan asılı məsələ deyil. Nəqliyyat dəhlizlərinin uğurlu fəaliyyəti üçün qonşu dövlətlərin də bu layihələrdə maraqlı olması və qarşılıqlı əməkdaşlıq etməsi vacibdir”.

X.Kərimli hesab edir ki, regionların inkişafının əsas yolu qeyri-neft sektorunun gücləndirilməsindən keçir: “Regionlarda neft və qaz ehtiyatları olmadığı üçün iri sənaye müəssisələri, zavod və fabriklər formalaşmayıb. Dayanıqlı məşğulluğun təmin edilməsi və regionların inkişafı yalnız qeyri-neft sektorunun inkişafı hesabına mümkündür. Bunun alternativi yoxdur.

Buna görə də geniş iqtisadi islahatlar həyata keçirilməlidir. Kapitala çıxış imkanları asanlaşdırılmalı, rəqabət mühiti yaxşılaşdırılmalı, məhkəmə sistemi daha sürətli, çevik və ədalətli fəaliyyət göstərməlidir. Eyni zamanda müqavilə və mülkiyyət hüquqları etibarlı şəkildə qorunmalıdır. Həm hüquq-mühafizə və inzibati sahədə, həm də maliyyə sektorunda ciddi islahatlara ehtiyac var.”

Oğuz Ayvaz

“AzPolitika.info” 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 İyul 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri