Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Niyə gün batanda özümüzü narahat hiss edirik?

Niyə gün batanda özümüzü narahat hiss edirik?

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Axşam saatlarında bir anda beyniniz panikaya düşür: göndərilməmiş məktub, tamamlanmamış təqdimat, sabahkı iş siyahısı... Fikirlər dayanmaq bilmir və kifayət qədər məhsuldar olmamaq hissi insanı rahat buraxmır. Psixoloqlar bu vəziyyəti axşam təşvişi adlandırırlar. Günün sonunda xarici səs-küy azalanda daxili narahatlıq daha da güclənir.

Lent.az xarici mediaya istinadla xəbər v erir ki, neyropsixoloq Sanam Hafeez axşam saatlarının niyə günün ən narahat hissəsinə çevrildiyini izah edib.

Mütəxəssislərin fikrincə, müasir insan daim informasiya axını içində yaşayır. İnsanlar səhər yeməyi zamanı mesaj cavablandırır, yatmazdan əvvəl iş çatlarını yoxlayır, mağazaya gedərkən podkast dinləyir və paralel olaraq beynində növbəti günün planlarını qurur.

Bu səbəbdən beynin demək olar ki, fasilə imkanı qalmır. Vaxtilə istirahət ilə assosiasiya olunan axşam saatları isə getdikcə daxili gərginlik dövrünə çevrilir. Gün bitsə də, “heç nəyi çatdırmadım”, “yetərincə effektiv olmadım” və ya “sabah daha çətin olacaq” hissi yaranır.

Axşam təşvişi nədir?

Bu, tibbi diaqnoz deyil, günün sonunda yaranan gərginlik, təşviş və emosional yüklənməni ifadə edən psixoloji termindir. Bəzi insanlar üçün axşam istirahət vaxtı olsa da, bir çoxları məhz həmin saatlarda daxili narahatlıq yaşayır.

Sanam Hafizin sözlərinə görə, gün ərzində beyin görüşlər, tapşırıqlar və mesajlarla məşğul olur. Günün tempi zəifləyəndə isə psixika bütün təxirə salınmış düşüncələri yetişdirməyə başlayır. Unudulmuş məktub, edilməmiş zəng, yaxınlaşan son tarixlər və yarımçıq işlər eyni anda insanın beynində canlanır.

Axşam təşvişinin bioloji səbəbləri

Axşam saatlarında orqanizmdə stress hormonu olan kortizolun səviyyəsi dəyişir. Bədən tədricən istirahət rejiminə keçsə də, beyin buna hər zaman uyğunlaşa bilmir.

Nəticədə yorğun bədənlə aktiv beyin arasında ziddiyyət yaranır və bu da səbəbi tam izah olunmayan daxili narahatlıq hissi yaradır. Bundan əlavə, gün ərzində insan müəyyən rutinə malik olur. Səhər qəhvəsi, iş görüşləri, məktublar və s. Axşam isə bu struktur birdən yox olur və bir çox insan üçün həmin boşluq iş günündən daha narahatedici görünür.

Yarımçıq işlər niyə insanı rahat buraxmır?

Psixoloqlar bildirirlər ki, beyin tamamlanmamış prosesləri sevmir. Yarımçıq qalan tapşırıqlar psixika tərəfindən vacib və unudulmamalı məsələ kimi qəbul olunur. Bu səbəbdən beyin həmin mövzuları davamlı şəkildə xatırladır və bu da insanın rahatlaşmasına mane olur. Yerinə yetirilməmiş işlər artdıqca, axşam saatları özünüqınama və daxili gərginlik marafonuna çevrilə bilər.

Mütəxəssislərin tövsiyələri

Yarımçıq işləri yazın

Psixoloqlar bildirirlər ki, axşam təşvişini azaltmağın ən təsirli yollarından biri fikirləri kağıza və ya qeydlərə köçürməkdir. Tapşırıq yazıldıqda beyin onu “unudulmayacaq məsələ” kimi qəbul edir və həmin düşüncəni davamlı təkrarlamağa ehtiyac duymur.

Günün sonu üçün ritual yaradın

Beynin iş rejimi ilə şəxsi həyat rejimi arasında sərhədə ehtiyacı var. Bu səbəbdən mütəxəssislər axşam müəyyən ritual formalaşdırmağı tövsiyə edir: kompüteri bağlamaq, rahat geyimə keçmək, çay hazırlamaq, qısa gəzintiyə çıxmaq və ya telefonu kənara qoymaq kimi sadə addımlar sinir sisteminə iş gününün bitdiyini hiss etdirir.

Gün batmazdan əvvəl açıq havaya çıxın

Hətta 10 dəqiqəlik gəzinti belə təşviş səviyyəsinə müsbət təsir göstərə bilər. Gün işığı yuxu hormonlarını tənzimləyir, əhvalı stabilləşdirir və beynin gərginlikdən çıxmasına kömək edir.

Axşam üçün xoş fəaliyyət planlaşdırın

Psixoloqlar qeyd edirlər ki, insan yalnız məcburiyyət rejimində yaşaya bilməz. Serial izləmək, dostla danışmaq, kitab oxumaq, idman etmək və ya hobbi ilə məşğul olmaq kimi kiçik zövqlər belə sinir sistemini rahatlaşdırır.

Nə vaxt mütəxəssisə müraciət etmək lazımdır?

Əgər axşam təşvişi hər gün təkrarlanır, yuxuya, iştahaya və istirahətə mane olursa, bu, psixikanın həddindən artıq yükləndiyinin göstəricisi ola bilər.

Mütəxəssislər bildirirlər ki, təşviş pozuntusu yaşayan insanlarda simptomlar xüsusilə axşam saatlarında güclənə bilər. Belə hallarda psixoterapevtlə danışmaq təşvişin idarə olunmasına və günün günahkarlıq hissi olmadan tamamlanmasına kömək edə bilər.

Psixoloqlar vurğulayırlar ki, müasir dövrdə yorğunluq çox vaxt uğurun göstəricisi kimi təqdim olunsa da, insan psixikası fasiləsiz hər şeyi çatdırmaq rejimi üçün yaradılmayıb. Buna görə də əsas bacarıq 24 saat məhsuldar olmaq deyil, günü daxili rahatlıqla başa vurmağı öyrənməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 İyun 2026 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see497

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see380

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see373

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see366

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see343

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see340

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see296

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see278

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see262

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see249

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see246

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see244

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see241

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see233

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see229

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see225

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see218

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see211

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see191

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri