Icma.az
close
up
RU
Azərbaycanda niyə insanlar vəsiyyət yazmaq İSTƏMİRLƏR?

Azərbaycanda niyə insanlar vəsiyyət yazmaq İSTƏMİRLƏR?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda vəsiyyətnamə tərtib etmək nadir hallarda rast gəlinən bir haldır. Bunun da bir sıra səbəbləri var. Çox vaxt insanlar vəsiyyətnamə tərtib etməyi ölüm haqqında düşünməklə bağlayır və bu mövzuda danışmaqdan çəkinirlər. Halbuki, vəsiyyətnamə yalnız ölüm sonrası əmlakın bölüşdürülməsi deyil, həm də insan iradəsinin gələcəkdə həyata keçirilməsinin hüquqi təminatıdır.
Dünya təcrübəsi göstərir ki, vəsiyyətnamələr ailə münasibətlərində münaqişələrin qarşısını almaqla yanaşı, hüquqi sistemin şəffaflığını da artırır.
Bəs, bu hüquqi alət bizi hansı xoşagəlməz hallardan sığortalaya bilər?
Sualı cavablandıran hüquqşünas Aytac Qurbanova Bizim.Media-ya açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi vəsiyyətnamə və miras hüququnu tənzimləyir:
“Bu sənədə əsasən vəsiyyətnamə yalnız şəxsi qaydada tərtib olunmalıdır. Vəsiyyət edən şəxs, tam fəaliyyət qabiliyyətli və iradə azadlığına malik olmalıdır. Əgər şəxs səhhətinə görə notariusa müraciət edə bilmirsə, müvafiq qaydada başqa dövlət orqanları tərəfindən bu sənəd təsdiqlənə bilər. Qanun vəsiyyətnamə vasitəsilə mirasdan imtina hüququnu təsdiqləyir. Bununla yanaşı, uşaqlar, həyat yoldaşı və valideynlər üçün “məcburi pay” hüququ mövcuddur.
Ümumiyyətlə, bu hüquqi sənədin əhəmiyyəti danılmazdır.
Vəsiyyətnamə ailə münaqişələrinin qarşısını alır, şəxsi iradəni və  miras hüququnun şəffaflığını təmin edir. Vəsiyyətnamə yalnız hüquqi bir sənəd deyil, həm də insanın öz gələcəyini təmin etməsinin və yaxınlarına olan məsuliyyətinin ifadəsidir. Hüquqi sistemimizdə vəsiyyətnamənin rolunu artırmaq üçün maarifləndirmə işlərinin genişləndirilməsi və sadələşdirilmiş prosedurların tətbiqi vacibdir.
Vəsiyyətnamə əmlakın kimin adına keçəcəyini dəqiq müəyyən edir. Bu, ölüm sonrası ailə üzvləri arasında münaqişələrin və məhkəmə çəkişmələrinin qarşısını alır. Qanun üzrə miras hüququ olmayan şəxslərə (məsələn, dostlara, təşkilatlara və ya yaxın münasibətdə olan insanlara) əmlak qoymaq imkanı yalnız vəsiyyətnamə ilə təmin edilir. Şəxs öz əmlakının gələcək taleyini şəxsən müəyyən edir və iradəsinin icrasına təminat verir”.
Azərbaycanda niyə vəsiyyətnamə ənənəsi zəifdir?
Müsahibimiz hesab edir ki,  Azərbaycanda ailə bağları çox güclüdür və əmlak məsələləri adətən ailə üzvləri arasında şifahi razılaşmalarla həll edilir:
“İnsanlar arasında belə bir inam var ki, əmlak ölüm halında “doğru” şəkildə bölüşdürüləcək. Ölümə hazırlıq mövzusu isə həssas qəbul edilir, bu da vəsiyyətnamə yazmaqdan çəkindirməyə səbəb olur.
Digər bir səbəbsə maarifləndirmənin zəif olmasıdır. Hüquqi maarifləndirmənin azlığı səbəbindən əksər vətəndaşlar vəsiyyətnamə tərtib etmək hüququnu ya bilmir, ya da buna ehtiyac olmadığını düşünür. Halbuki, vəsiyyətnamə yalnız varislərin deyil, eyni zamanda qeyri-qanuni şəxslərin də hüquqlarını qorumağa imkan verir”.
Kimlər qanuni vərəsə sayılır?
Aytac Qurbanova bildirib ki, qanunvericiliyə əsasən, vəsiyyətnamə olmadıqda əmlak avtomatik olaraq qanun üzrə vərəsələr arasında bölüşdürülür:
“Bu prosedur sadə olduğu üçün əlavə hüquqi sənəd hazırlamağa ehtiyac hiss olunmur”.
Beynəlxalq praktika
Hüquqşünas bu məsələdə dünya təcrübəsindən də danışıb:
“Böyük Britaniya və ABŞ-da vəsiyyətnamə yazmaq geniş yayılıb. İnsanlar əmlaklarını ölüm sonrası necə bölüşdürüləcəyini əvvəlcədən müəyyən edir. ABŞ-da 55%-dən çox insanın vəsiyyətnaməsi var.    
Fransa və Almaniyada isə qanunlar vəsiyyətnamələrin tərtibi və icrası üçün geniş çərçivə təqdim edir. Xüsusilə, bu ölkələrdə “məcburi pay” hüququ diqqət mərkəzindədir. Mədəniyyət baxımından Azərbaycana yaxın olsa da, Türkiyədə vəsiyyətnamələr daha geniş istifadə olunur. Bu, hüquqi maarifləndirmənin yüksək səviyyədə təşkil olunması ilə bağlıdır.
 

Azərbaycanda vəsiyyətnamə ənənəsinin zəif olması hüquqi maarifləndirmənin aşağı səviyyədə olması və mədəni səbəblərlə bağlıdır. Lakin bu hüquqi sənədin əhəmiyyəti danılmazdır. Vəsiyyətnamə ailə münaqişələrinin qarşısını alır, şəxsi iradəni və  miras hüququnun şəffaflığını təmin edir.


Vəsiyyətnamə yalnız hüquqi bir sənəd deyil, həm də insanın öz gələcəyini təmin etməsinin və yaxınlarına olan məsuliyyətinin ifadəsidir. Hüquqi sistemimizdə vəsiyyətnamənin rolunu artırmaq üçün maarifləndirmə işlərinin genişləndirilməsi və sadələşdirilmiş prosedurların tətbiqi vacibdir”.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Yanvar 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri