Niyə Mourinyo 2013 cü ildə “Mançester Yunayted”i çalışdırmaqdan imtina edib?
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Real Madrid”ın baş məşqçisi Joze Mourinyo 2013-cü ildə “Mançester Yunayted”ə başçılıq etməkdən niyə imtina etdiyini və “Çelsi”yə qayıtmaq qərarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə “Netflix”in sənədli filmində danışıb.
“Real”dan ayrıldıqdan sonra Ser Aleks Ferqyusonun gedişindən sonra “Mançester Yunayted”ə baş məşqçi olmaq üçün ilkin müqavilə imzalamışdım. Bu təklifdən çox qürur duymuşdum, çünki “Mançester Yunayted” inanılmaz dərəcədə cəlbedici klubdur.
Amma futbola sevgi ilə konkret kluba olan sevgi fərqli şeylərdir. Düşünürəm ki, ikincisi daha güclüdür. “Real”dan sonra isə ilk növbədə sevildiyimi hiss etməyə ehtiyacım var idi.
Ser Aleks Ferqyusonu əvəzləyəcək məşqçi olmaq şansını əldən vermək mənim üçün dramatik an idi. Lakin peşman deyiləm, çünki bu, ürəyimlə verdiyim qərar idi”, - deyə Mourinyo bildirib.
Portuqaliyalı mütəxəssis sonradan “Mançester Yunayted”i çalışdırıb. O, 2016-2018-ci illərdə İngiltərə klubunda işləyib və “qırmızı şeytanlar”la Avropa Liqası, İngiltərə Liqa Kuboku və İngiltərə Superkubokunu qazanıb.
Baxış sayı:166
Bu xəbər 10 Avqust 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















