Niyə qızların nəticəsi yuxarı siniflərdə aşağı düşür?
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vacib məqamlardan biri qız uşaqlarının təhsili ilə bağlıdır. Qız uşaqlarının təhsili gələcək anaların təhsilidir.
Globalinfo.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda çıxış edərkən deyib.
“Dördüncü sinfin sonunda apardığımız qiymətləndirməyə cəlb olunmuşam. Qiymətləndirmə zamanı qızların nəticələrinin oğlanların nəticəsindən daha yaxşı olduğunu görürük. Artıq 15 yaşında isə dinamika zəifləyir, oğlanların nəticəsi qızlardan yüksək olur. Bunun bir sıra sosial tərəfləri var. Erkən nikah nəticəsində qızların təhsildən yayınması kimi hallar mövcuddur. Bu, dövlətin deyil, ictimaiyyətin, ailələrin, ayrı-ayrı yaşayış məntəqlərində yaşayan insanların yanaşmasının nəticəsidir. Bu, çox vacib məsələdir. Hər bir insan bunun qarşısını almaq üçün vətəndaş borcunu yerinə yetirməlidir”.
Baxış sayı:96
Bu xəbər 05 Dekabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















