Niyə tez tez eyni yuxuları görürük? Yıxılmaq, qaçmaq və...
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bəzən insanlar eyni yuxunu dəfələrlə görürlər. Kimisi yuxuda hündürlükdən yıxılır, kimisi imtahana gecikir, dişlərinin töküldüyünü və ya uçduğunu görür. Mütəxəssislər bildirirlər ki, bu cür təkrarlanan yuxular təsadüfi deyil və insanın psixoloji vəziyyəti ilə bağlı müəyyən mesajlar daşıya bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, psixoanalitiklərin fikrincə, yuxular zamanı beyin gün ərzində yaşanan stressi, narahatlığı və həll olunmamış emosional problemləri emal edir. Əgər eyni yuxu davamlı olaraq təkrarlanırsa, bu, həmin mövzunun insanın şüuraltında hələ də həllini tapmadığını göstərə bilər.
Təkrarlanan yuxular nəyi ifadə edə bilər?Mütəxəssislərin sözlərinə görə, yuxuda hündürlükdən yıxılmaq adətən özünü güvənsiz hiss etmək, həyatda nəzarəti itirmək və ya vacib qərarlardan narahat olmaqla əlaqələndirilir.
İmtahana, görüşə və ya qatara gecikmək isə çox vaxt insanın üzərinə düşən məsuliyyətləri yerinə yetirə bilməyəcəyi, başqalarının gözləntilərini doğrultmayacağı ilə bağlı narahatlığın əlaməti kimi izah olunur.
Dişlərin tökülməsi ilə bağlı yuxular bəzi psixoloqlar tərəfindən özünəinamın azalması, zahiri görünüş və yaşlanma ilə bağlı narahatlıqlarla əlaqələndirilir.
Yuxuda uçmaq isə bəzən azadlıq arzusu, gündəlik problemlərdən uzaqlaşmaq və ya həyatdakı məhdudiyyətlərdən xilas olmaq istəyi ilə əlaqələndirilə bilər.
Bu yuxularla necə davranmaq lazımdır?Psixoloqlar yuxuların qeyd olunmasını faydalı hesab edirlər. Bunun üçün yuxu gündəliyi aparmaq, yalnız hadisələri deyil, yuxu zamanı hiss olunan duyğuları da yazmaq tövsiyə olunur.
Mütəxəssislər məsləhət görürlər ki, insan özünə "Bu hissi real həyatda hansı vəziyyətdə yaşayıram?" sualını versin. Bəzən bu sual yuxunun hansı emosional vəziyyətlə əlaqəli olduğunu anlamağa kömək edir.
Əgər təkrarlanan yuxular uzun müddət davam edir, yuxu keyfiyyətini pozur və güclü narahatlıq yaradırsa, psixoloq və ya psixoterapevtə müraciət etmək tövsiyə olunur.
Mütəxəssislər vurğulayırlar ki, təkrarlanan yuxular gələcəyi xəbər vermir. Onlar daha çox insanın gündəlik həyatda yaşadığı stressi, narahatlığı və emosional gərginliyi əks etdirə bilər. Bu səbəbdən belə yuxulara mistik hadisə kimi deyil, psixoloji vəziyyətin mümkün göstəricisi kimi yanaşmaq daha məqsədəuyğun hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 12 İyul 2026 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















