Icma.az
close
up
RU
Niyə varlılar pulu daha ehtiyatla xərcləyirlər?

Niyə varlılar pulu daha ehtiyatla xərcləyirlər?

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

İnsanların əksəriyyəti daha çox pula sahib olduqca daha sərbəst xərcləyəcəyini düşünür. Lakin reallıq bunun tam əksi ola bilər. Məsələn, çox adamdan eşidirik, deyir ki, varlıdır, amma pul xərcləməyə əli gəlmir. Bəli, çox görürük ki, bəzi zəngin insanlar nə qədər çox vəsaitə sahib olsalar da, pul xərcləyərkən olduqca ehtiyatlı, bəzən isə xəsis davranırlar. Əksinə, maddi cəhətdən imkanı zəif insanlar pullarını daha rahat və düşünülməmiş şəkildə xərcləməyə meyillidirlər. Bəs buna səbəb nədir? Niyə çox pulu olanlar daha az xərcləyir?

Ölkə.az xəbər verir ki, maliyyə eksperti İsmayıl Məmmədov Valyuta.az-a açıqlamasında bildirib ki, maddi rifahın əsasını yalnız yüksək gəlir deyil, düzgün maliyyə düşüncə tərzi və vərdişlər təşkil edir. Onun fikrincə, varlı və kasıb insanlar arasındakı əsas fərq gəlirin necə idarə olunması ilə bağlıdır. “Əsas məsələ odur ki, kasıblar pulu xərcləyir, varlılar isə idarə edir. Gəlir deyil, düşüncə və vərdişlər fərq yaradır”- deyə ekspert vurğulayıb.

Məsələ qazanmaq deyil, qazandığını idarə etməyi bilməkdir

Ekspert əlavə edir ki, davranış fərqlərinin arasında maliyyə savadlılığı, riskə münasibət, planlama qabiliyyəti, psixoloji və sosial faktorlar dayanır. Onun sözlərinə görə, gəliri yüksək olmayan, lakin maliyyə savadlı olan insanlar varlılar kimi davranmağı bacarır. Əksinə, yüksək gəlirli, lakin savadsız şəxslər borc bataqlığına düşə bilər: “Əsas məsələ çox qazanmaq deyil, qazandığını necə istifadə etməyi bilməkdir. Varlıların çoxu sərvəti illər ərzində yığıb, lotereya qalibləri isə tezliklə müflis olub. Bu da bir faktdır. Kasıb insanlar arasında daha çox rast gəlinən davranış isə: status göstərmək üçün xərcləmək, bahalı telefon, bahalı geyim, bahalı avtomobil – bunlar isə cəmiyyət tərəfindən qəbul edilmə istəyinin nəticəsidir. Varlı insanların yanaşması isə fərqlidir: sistemli, planlı və uzunmüddətli strategiyaya əsaslanır. Onlar daşınmaz əmlaka, səhmlərə, istiqrazlara və passiv gəlir mənbələrinə üstünlük verirlər”.

"Nəyin mənim üçün dəyəri var?" sualını verməyi bacarmalıyıq

Ekspert vurğulayır ki, insanlar pul qazanmaqdan daha çox, onu itirməkdən qorxurlar. “Nə qədər çoxum varsa, o qədər çox itirə bilərəm” düşüncəsi çoxlarına tanışdır. Xərcləmə vərdişlərinə gəlincə, insan “nəyə gücüm çatır” sualından çox, “nəyin mənim üçün dəyəri var?” sualını verməlidir. Bill Gates, Warren Buffet və Mark Zukerberq kimi milyarderlərin sadə həyat tərzi keçirməsi də bu düşüncənin göstəricisidir. 

Məbləğ önəmli deyil, davamlılıq əsasdır

İ.Məmmədov kasıb insanlara borcdan uzaq durmağı, qənaət etməyi və gələcək üçün ehtiyat toplamağı tövsiyə edir: “Hər ay gəlir və xərclər qeydə alınmalı, gəlir daxil olan kimi 5-10% qənaət edilməli və ya əmanət qoyulmalıdır. Məbləğ önəmli deyil, davamlılıq əsasdır. Azərbaycanda artıq “etiketli və ehtiyatlı xərcləmə” tendensiyası güclənməkdədir. Xaricdə təhsil almış, texnologiya və rəqəmsal sektorla biznesə daxil olmuş yeni nəsil isə effektiv idarəetməyə önəm verir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 İyun 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see239

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see221

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see218

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see217

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see215

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see214

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see212

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see210

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see209

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see207

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see206

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see206

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see203

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see202

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see199

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see198

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see193

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see182

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see178

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri