Icma.az
close
up
RU
Niyə varlılar pulu daha ehtiyatla xərcləyirlər?

Niyə varlılar pulu daha ehtiyatla xərcləyirlər?

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnsanların əksəriyyəti daha çox pula sahib olduqca daha sərbəst xərcləyəcəyini düşünür. Lakin reallıq bunun tam əksi ola bilər. Məsələn, çox adamdan eşidirik, deyir ki, varlıdır, amma pul xərcləməyə əli gəlmir. Bəli, çox görürük ki, bəzi zəngin insanlar nə qədər çox vəsaitə sahib olsalar da, pul xərcləyərkən olduqca ehtiyatlı, bəzən isə xəsis davranırlar. Əksinə, maddi cəhətdən imkanı zəif insanlar pullarını daha rahat və düşünülməmiş şəkildə xərcləməyə meyillidirlər. 
Bəs buna səbəb nədir? Niyə çox pulu olanlar daha az xərcləyir?
Demokrat.az xəbər verir ki, Maliyyə eksperti İsmayıl Məmmədov Valyuta.az-a açıqlamasında bildirib ki, maddi rifahın əsasını yalnız yüksək gəlir deyil, düzgün maliyyə düşüncə tərzi və vərdişlər təşkil edir. Onun fikrincə, varlı və kasıb insanlar arasındakı əsas fərq gəlirin necə idarə olunması ilə bağlıdır. “Əsas məsələ odur ki, kasıblar pulu xərcləyir, varlılar isə idarə edir. Gəlir deyil, düşüncə və vərdişlər fərq yaradır”- deyə ekspert vurğulayıb.
Məsələ qazanmaq deyil, qazandığını idarə etməyi bilməkdir
Ekspert əlavə edir ki, davranış fərqlərinin arasında maliyyə savadlılığı, riskə münasibət, planlama qabiliyyəti, psixoloji və sosial faktorlar dayanır. Onun sözlərinə görə, gəliri yüksək olmayan, lakin maliyyə savadlı olan insanlar varlılar kimi davranmağı bacarır. Əksinə, yüksək gəlirli, lakin savadsız şəxslər borc bataqlığına düşə bilər: “Əsas məsələ çox qazanmaq deyil, qazandığını necə istifadə etməyi bilməkdir. Varlıların çoxu sərvəti illər ərzində yığıb, lotereya qalibləri isə tezliklə müflis olub. Bu da bir faktdır. Kasıb insanlar arasında daha çox rast gəlinən davranış isə: status göstərmək üçün xərcləmək, bahalı telefon, bahalı geyim, bahalı avtomobil – bunlar isə cəmiyyət tərəfindən qəbul edilmə istəyinin nəticəsidir. Varlı insanların yanaşması isə fərqlidir: sistemli, planlı və uzunmüddətli strategiyaya əsaslanır. Onlar daşınmaz əmlaka, səhmlərə, istiqrazlara və passiv gəlir mənbələrinə üstünlük verirlər”.

"Nəyin mənim üçün dəyəri var?" sualını verməyi bacarmalıyıq
Ekspert vurğulayır ki, insanlar pul qazanmaqdan daha çox, onu itirməkdən qorxurlar. “Nə qədər çoxum varsa, o qədər çox itirə bilərəm” düşüncəsi çoxlarına tanışdır. Xərcləmə vərdişlərinə gəlincə, insan “nəyə gücüm çatır” sualından çox, “nəyin mənim üçün dəyəri var?” sualını verməlidir. Bill Gates, Warren Buffet və Mark Zukerberq kimi milyarderlərin sadə həyat tərzi keçirməsi də bu düşüncənin göstəricisidir. 
Məbləğ önəmli deyil, davamlılıq əsasdır
İ.Məmmədov kasıb insanlara borcdan uzaq durmağı, qənaət etməyi və gələcək üçün ehtiyat toplamağı tövsiyə edir: “Hər ay gəlir və xərclər qeydə alınmalı, gəlir daxil olan kimi 5-10% qənaət edilməli və ya əmanət qoyulmalıdır. Məbləğ önəmli deyil, davamlılıq əsasdır. Azərbaycanda artıq “etiketli və ehtiyatlı xərcləmə” tendensiyası güclənməkdədir. Xaricdə təhsil almış, texnologiya və rəqəmsal sektorla biznesə daxil olmuş yeni nəsil isə effektiv idarəetməyə önəm verir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 İyun 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri