Icma.az
close
up
RU
Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 28 sentyabr, AZƏRTAC

Nizami Gəncəvinin tərənnüm etdiyi ali hisslər, o cümlədən insanı sevmək, onu yüksək qiymətləndirmək kimi ideyalar dahi şairin mənsub olduğu Azərbaycan xalqının həm tarixən, həm də bu gün bəşəriyyətə təqdim etdiyi dəyərlərdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini, “Nizamişünaslıq” elmi əsərlər jurnalının baş redaktoru Əlimuxtar Muxtarov söyləyib. O bildirib ki, fərdi sevə bilməyən xalqı, bəşəriyyəti sevə bilməz. Bu yüksək qayələrə gəlib çatdığı üçündür ki, şeir Nizami Gəncəvi ilhamında əbədilik qazanıb. Dahi mütəfəkkir özünədək dəbdə olan və çox vaxt yalnız bir ovuc hökmdarlara, tacidarlara, sərvət, mənsəb sahiblərinə xidmət edən saray ədəbiyyatı tilsimini qırmış, poeziyanı bütünlüklə xalqın istifadəsinə vermiş və nəticədə insanı yüksək səviyyədə tərənnüm edən poeziya ərsəyə gətirmişdir. Məhz bu özəlliklərinin nəticəsidir ki, dünya filosofları, mütəfəkkirləri, şərqşünasları Nizami Gəncəvi poeziyasını inqilabi poeziya adlandırırlar.

Nizami Gəncəvinin fikrincə, insan dünyanın əşrəfidir. Başqa varlıqlardan fərqli olaraq Allah ona zəka bəxş etmişdir. Buna görə də o bəxtiyardır və bütün xilqətlərin həyatına cavabdehdir.” “Sirlər xəzinsəi”də yazır:

Sən ey fələklər qədər uca, dəyərli insan!

Nazını çəkməkdədir bu yer, bu göy, kəhkəşan.

Heç xəbərin varmı ki, səsin yetişir hara?

Sənin zənn etdiyindən xeyli ucalıqlara!

Sən dünya çəmənində bir az zəif, kəmnəfəs,

Fəqət ən çevik ceyran sənlə yarışa bilməz.

Ümummilli Lider Heydər Əliyev Nizami Gəncəvinin yaradıcılığı haqqında deyirdi: “Bu əsərlər təkcə şeirdən ibarət deyildir, onların hər birində böyük elm var, böyük fəlsəfə, dahi fikirlər var. Buna görə də onun əsərləri də yaşayır, özü də yaşayır”.

Müsahibimiz xatırladıb ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. 2012-ci il sentyabrın 30-da şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təsis edilib. 2021-ci il isə Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.

“Müasir gənclərin Nizami Gəncəvi irsinə marağını artırmaq üçün, hesab edirəm ki, kompleks yanaşma tələb olunur. Birincisi, Nizami Gəncəvi irsi rəqəmsal formatlarda animasiya, podkast, interaktiv sərgilər vasitəsilə təqdim edilməlidir, çünki bugünkü gənclik məhz bu dildə düşünür və məlumatı bu formada daha asan qəbul edir. İkincisi, məktəb və universitet proqramlarında Nizami Gəncəvi yaradıcılığını quru əzbərçilikdən çıxarıb, onun ideyalarını müasir dəyərlərlə ədalət, elmə hörmət, multikulturalizm kimi anlayışlarla əlaqələndirmək lazımdır ki, gənclər onu uzaq keçmişin təkrarlanan bir mövzusu kimi deyil, bu günün özünə aid bir hikmət mənbəyi kimi qəbul etsinlər”.

Müxbir - Tünzalə Arazlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri