Icma.az
close
up
RU
Nizami Gəncəvi Mərkəzinin üzvləri gender yönümlü layihələrin maliyyələşdirilməsini artırmağa çağırıb

Nizami Gəncəvi Mərkəzinin üzvləri gender yönümlü layihələrin maliyyələşdirilməsini artırmağa çağırıb

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Bakıda keçirilən COP29-da Gender Günü çərçivəsində ekspertlər iqlim dəyişikliyi ilə mübarizədə qadınların rolunun vacibliyini vurğulayıb və gender yönümlü layihələrin maliyyələşdirilməsini artırmağa çağırıblar.

“Report” xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri mətbuat konfransında bildiriblər.

İştirakçılar qeyd ediblər ki, qadınlar təkcə iqlim böhranlarından daha çox zərər çəkmir, həm də yerli icmaların dayanıqlığının gücləndirilməsində əsas rol oynayırlar.

COP29 konfransı çərçivəsində iqlim dəyişikliyinin qadınlara təsirinə həsr olunmuş Gender Günü keçirilib.

“İqlim dəyişikliyinin gender aspektləri xüsusi diqqət tələb edir. İqlim fəlakətlərinin qurbanlarının beşdə dördünü qadınlar təşkil edir və onlar fəlakətlərin nəticələrinə 14 dəfə daha həssasdırlar. Lakin xeyriyyə vəsaitlərinin cəmi 0,2 %-i bu sahədə qadınlara dəstək üçün ayrılır”, - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin vurğulayıb.

O əlavə edib ki, konfrans BMT və onun agentlikləri, o cümlədən BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin gender bərabərliyi və qadınların hüquq və imkanlarının genişləndirilməsi üzrə strukturu (UN Women) ilə yüksək səviyyədə əməkdaşlıq nümayiş etdirib: “Bu gün biz bu problemin həlli üçün proqramın növbəti 10 il müddətinə uzadılmasının zəruriliyini müzakirə etdik”.

BMT Baş Assambleyasının keçmiş prezidenti Mariya Fernanda Espinosa da qadınların dəstəklənməsinə yönələn maliyyələşdirmənin vacibliyinə diqqət çəkib.

“Keçən il COP28-də milli nümayəndə heyətlərinin yalnız 30 %-də qadınlar var idi, gender paritetini isə nümayəndə heyətlərinin yalnız 2 %-də görmək olardı. Bu gün qadınların maraqlarını nəzərə alacaq yeni maliyyə hədəfinin qəbul edilməsini gözləyirik”, - Espinosa deyib.

Nizami Gəncəvi Mərkəzinin İdarə Heyətinin üzvü Cin Bayderşnayder qeyd edib ki, maliyyə olmadan ən iddialı iqlim təşəbbüsləri belə həyata keçirilə bilməz: “200 trilyon dollarlıq aktivləri olan özəl sektor iqlim maliyyəsinin genişləndirilməsində əsas rol oynamalıdır. COP29 konfransı iqlim dəyişikliyi problemlərinin həllinə biznes dairələrinin cəlb edilməsi üçün mühüm platforma yaradıb”.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://report.az
archiveBu xəbər 21 Noyabr 2024 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri