Icma.az
close
up
RU
Nizami Gəncəvinin vəfatının 816 cı ildönümü münasibətilə beynəlxalq onlayn konfrans

Nizami Gəncəvinin vəfatının 816 cı ildönümü münasibətilə beynəlxalq onlayn konfrans

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Onlayn elmi görüş Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi  və Özbəkistandaki Heydər Əliyev Adina Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

Vebinardan əvvəl gəncəli alimlər böyük mütəfəkkirin məqbərəsini və onun adına olan Muzeyi ziyarət ediblər.

Tədbirin moderatoru, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov tədbirin proqramını iştirakçılaın nəzərinə çatdırıb, bugünki çıxş və təkliflərin Nizami  fəlsəfəsinin bəşəri tutumuna, eləcə də  dünyada tanınan bu şairin doğma yurdu, milli ruhumuzun aynası olan Gəncə və onun mənəvi mühiti ilə bağlılığına həsr olunduğunu vurğulayıb. 

Onlayn konfransın plenar hissəsində açılış sözü ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli dahi mütəfəkkir Nizaminin doğma  yurdunda bu xeyirxah və elmi baxımdan dəyərli tədbirin təşkilinə görə Türkiyə və Özbəkistandakı Azərbaycan mərkəzlərinə, həmçinin  AMEA-nın Gəncə Bölməsinin əməkdaşlarına təşəkkür edib. O, çıxışların nizamişünaslığın ayrı-ayrı məsələlərinə müəyyən töhfələr verə biləcəyinə inandığını bikdirib. 

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anım gününə həsr olunan bu beynəlxalq tədbirin iştirakçıarını Gəncə ziyalıları adından salamlayıb. O, yüzlərlə, minlərlə kilometr məsafələri birləşdirərən bu beynəlxalq görüşün dahi şairin yaradıcılığı, əsərlərində bəşətiyyətə çatdırdığı və bu gün də aktual olan humanist ideyalarının işığında keçirildiyini diqqətə çatdırıb, yaxından və uzaqdan bu tədbirə qatılan alim və tədqiqatçılara uğurlar diləyib.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov da çıxış edərək, ölkəmizə xüsusi rəğbət bəsləyən qardaş ölkələrin təmsilçilərinin Nizami işığındakı görüşündən məmnunluğunu ifadə edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxışında bu cür tədbirləri alimlərimizin digər ölkələrdəki həmkar və həmfikirləri ilə səmərəli əlaqələrinin nümunəsi kimi dəyərləndirib.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkədə Nizami Gəncəvi irsinin tədqiqi və təbliği ilə bağlı reallaşdırılan layihələrdən danışıb. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dahi şairin 880 illiyi münasibətilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunmasını və bu xüsusda ölkəmizdə, habelə dünyada Nizami Gəncəviyə dair mühüm tədbirlərin keçirildiyini bildirib. 

Samir Abbasov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzlərinin klassik irsimizin tədqiqi, dünya dillərinə tərcüməsi və daha geniş tanıdılması istiqamətində işlər həyata keçirdiklərini vurğulayaraq, hazırda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvinin “Xəmsə”sinin Türkiyə türkcəsinə tərcüməsinin həyata keçirildiyini qeyd edib. S. Abbasov yalnız ədəbiyyatda deyil, mədəniyyətin bütün sahələrində dahi Nizami Gəncəvinin irsinin təbliğinin əhəmiyyətli olduğunu bildirib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Maarifli da çıxışında

Azərbaycanın klassiklərinə, elm və sənət adamlarına qardaş Özbəkistanda böyük rəğbətlə yanaşıldığını, xüsusən Nizami Gəncəvi və özünü onun mənəvi şagirdi hesab etmiş Əlişir Nəvainin yaradıcılıq və fəlsəfi dünyasının dərindən öyrənildiyini qeyd edib.
Sonra vebinarın məruzələri dinlənilib.

Kəşmir Universitetinin professoru Naseem Ahmad Shah, Ərzurum Atatürk Universitetinin professoru Nimet Yıldırım, Özbəkstan Əlişir Nəvai adına Özbək Dili və  Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarov, İstanbul Yıldız Texnik Universitetinin profesoru Suleyman Doğan, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin baş müəllimi, filologiya elmləri doktoru Gülbahar Aşurova, Təbriz Universitetinin professoru Sədyar Vəzifə (Eloğlu), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstiutunun “Nizamişünaslıq” şöbəsinin dosenti Zəhra Allahverdiyeva, Əlyazmalar İnstitutunun böyük elmi işçisi Rauf Şeyxzamanlı, Qarabağ Universitetinin Filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Əzizağa Nəcəfzadə və AMEA Gəncə Bölməsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı çıxış ediblər.

Tədbirin sonunda iştirakçılar Nizami Gəncəvinin irsinin öyrənilməsi, eləcə də dahi şairin həyatı ilə bağlı əlamətdar tarixlərin ölkəmizin geniş ictimaiyyəti, eləcə də xaricdəki Azərbaycan təkilatları tərəfindən ardıcl olaraq keçirilməsinin vacibliyini vurğulayıblar.

Zakir Muradov, Gəncə   

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Mart 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see247

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see244

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see238

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see219

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see210

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see188

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see179

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see179

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see159

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri