Icma.az
close
up
RU
Norm Ustalar Klubunda şahmat turniri keçiriləcək

Norm Ustalar Klubunda şahmat turniri keçiriləcək

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Norm Ustalar Klubunda usta övladlarının iştirakı ilə “Zəfər həmləsi” şahmat turnirinə start verilir.

Turnir 12 aprel və 19 aprel tarixlərində Azərbaycan Şahmat Federasiyasında baş tutacaq və 6-18 yaş aralığında olan 32 şahmat həvəskarı qalibiyyət uğrunda yarışacaq. Turnirin 7 turdan ibarət ilkin mərhələsi 12 apreldə keçiriləcək və burada ən çox xal toplayan 4 iştirakçı ikinci mərhələyə keçməyə haqq qazanacaq. 19 apreldə isə yarımfinal və final mərhələri baş tutacaq.

Yarışın təşkil olunmasında məqsəd usta övladlarının inkişafına töhfə vermək və onların asudə vaxtının səmərəli təşkil olunmasına dəstək göstərməkdir.

Qeyd edək ki, “Norm” ASC hər zaman inşaat ustaları ilə yanaşı onların övladları, ailə üzvlərinin də şəxsi və peşəkar inkişafını dəstəkləyir və Norm Ustalar Klubunda usta övladları üçün faydalı olan bir çox layihələr həyata keçirilir.

Ötən il şirkətin dəstəyilə məhz usta övladları üçün “Norm Ustalar Klubu Superkuboku” adlı futbol çempionatı, tələbələr üçün “TələbəSən” adlı inkişaf proqramı həyata keçirilmişdi. Eyni zamanda, klubda 2024-cü ilin sentyabrından  başlayan, ustaların abituriyent olan övladlarının cəlb olunduğu “Təhsilli gələcəyəm” adlı 10 aylıq universitetlərə hazırlıq proqramı hal-hazırda davam etdirilir.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://pravda.az
archiveBu xəbər 09 Aprel 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see200

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see162

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see138

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see128

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see122

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see120

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see119

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see119

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri