Icma.az
close
up
RU
Normadan 3 dəfə az balıq yeyirik SƏBƏB

Normadan 3 dəfə az balıq yeyirik SƏBƏB

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə ərazisindəki balıqçılıq təsərrüfatlarının 85%-dan çox hissəsi qeydiyyatsız fəaliyyət göstərib. 

Bu, Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi zamanı müəyyən edilib. 

Bu barədə məlumat Hesablama Palatasının "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb. Qeyd edilib ki, balıqçılıq təsərrüfatlarının böyük hissəsinin qeydiyyatsız fəaliyyət göstərməsi həmin təsərrüfatların fəaliyyətinin ətraf mühitə təsirinin də qiymətləndirilməsini mümkünsüz edib. 

Bu isə göllərin ətraf mühitə təsiri ilə bağlı faktiki risklərin də dəyərləndirilməməsi və potensial təhdidlərlə, eləcə də balıqçılıq təsərrüfatlarının ətrafındakı ərazilərdə torpaqların təkrar şorlaşması ilə nəticələnib. 

İqtisadçı-alim Vüqar Qocayev "Cebheinfo.az"-a açıqlamasında deyib ki, balıqçılıq sahəsində saymaqla bitməyəcək nöqsanlar var:

"Ölkəmizin dənizə çıxışı olsa da, əhalinin balıq ehtiyaclarını qarşılaya bilmirik. Buna səbəb dəniz məhsullarının qiymətlərinin yüksək olmasıdır. Satıcılar bunu balığın az olması ilə əlaqələndirirlər. Lakin məsələsin kökü başqadır. 

Zaman vardı ki, əlçatmaz olan nərə balığını hər kəs ala bilirdi. Lakin nərə balığının qiyməti hazırda o qədər yüksəkdir ki, yalnız maddi imkanları yüksək olan şəxslər ala bilirlər. Dunyada satılan nərə balığının böyük əksəriyyəti Azərbaycan da istehsal olunur. Lakin əhalinin maddi vəziyyəti  buna imkan vermədiyinə görə ala bilmir. Həmçinin, o balıqlar daxili bazarda məhdud saydadır. 

Bunun da köklü səbəbi Xəzər dənizinin suyunun azalması və çirklənməsidir. Bu tendensiya davam edir. Əgər qarşısını almasaq, yalnız “damba” və göl balığı satışda olacaq. Dənizdə isə balıqların sayı kütləvi şəkildə azalacaq". 

İqtisadçı qeyd edib ki, Azərbaycan kifayət qədər balıq istehsal edə bilmir: 

“Son bir neçə ildə Birləşmiş Millətlər Təşkilatı bir çox layihələr həyata keçirib göl balıqçılığının genişləndirilməsinə nail oldu. Təəssüf ki, Azərbaycanda adambaşına ildə 6 kiloqram balıq istehlak olunur. Bu da normadan 3 dəfə azdır. Beynəlxalq normaya görə, 18-20 kiloqram  istehlak olunmalıdır. Bu, Ümumdünya Səhiyyə Təşkilatının qeyd etdiyi normadır. Lakin bizdə bu rəqəm çox aşağıdır. 

Ölkəmizdə balıqçılıq sahəsində müəyyən problemlər var. Göllərin yaradılması, o göllərə suyun verilməsi və s. Bildiyimiz kimi, balıq ovu da ciddi şəkildə aşağı düşüb. Bu, yalnız Azərbaycanla bağlı deyil, dünyada okean, dəniz balığı kəskin şəkildə azalıb. 

Demək olar ki, dünyada 80 faiz balıq göllərdə yetişdirilir. Bu halı da Azərbaycan nəzərə almalı, daxildə balıq istehsalını artırmalıdır. Bunun üçün xüsusilə Neftçalada balıqçılıq sahəsini genişləndirmək lazımdır". 

Həsən Məmmədov 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see276

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see259

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see257

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see247

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see232

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see231

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see230

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see226

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see224

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see216

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see216

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see209

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see209

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see208

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see204

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see201

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see200

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see195

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see195

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri