Icma.az
close
up
RU
Təbii və faydalı qida sağlamlığın əsasıdır

Təbii və faydalı qida sağlamlığın əsasıdır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir dövrdə ürək-damar xəstəlikləri bütün dünyada ölümün əsas səbəblərindən biri olaraq qalır. Bu xəstəliklərin yaranmasında “pis” xolesterin kimi tanınan aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) yüksək səviyyəsi xüsusi rol oynayır. Elmi araşdırmalar isə göstərir ki, bəzən sağlamlığa gedən yol bahalı dərmanlardan deyil, sadə və əlçatan qidalardan keçir.

Almaniyanın Bonn Universitetinin alimlərinin apardığı son tədqiqat bu baxımdan diqqətçəkən nəticələr ortaya qoyub. “Nature Communications” elmi jurnalında dərc olunan araşdırmaya əsasən, yulaf əsaslı qısamüddətli pəhriz orqanizmdə “pis” xolesterinin səviyyəsini nəzərəçarpacaq dərəcədə azalda bilir.

Tədqiqatda 68 könüllü iştirak edib. Onların bir qismi iki gün ərzində demək olar ki, yalnız suda bişirilmiş yulaf sıyığı ilə qidalanıb. Pəhrizə əlavə olaraq az miqdarda meyvə və tərəvəz də daxil edilib. İştirakçılar gün ərzində, təxminən, 300 qram yulaf qəbul ediblər və bu müddətdə adi qidalanma ilə müqayisədə, təxminən, iki dəfə az kalori alıblar. Nəzarət qrupunda olanlar da aşağı kalorili pəhrizə əməl ediblər, lakin onların qidasında yulaf olmayıb.

Analizlər göstərib ki, məhz iki günlük yulaf pəhrizi ən güclü təsiri yaradıb. Eksperimental qrupda olan iştirakçıların LPSL xolesterinin səviyyəsi orta hesabla 10 faiz azalıb. Bundan əlavə, onlar təxminən iki kiloqram çəki itiriblər, arterial təzyiqdə isə cüzi enmə müşahidə olunub. Bu metabolik dəyişikliklər altı həftəyədək davam edib, nəzarət qrupunda isə oxşar dəyişikliklər xeyli zəif ifadə olunub.

Alimlər əlavə bir eksperiment də aparıblar: altı həftə ərzində iştirakçılar kalori məhdudiyyəti olmadan hər gün 80 qram yulaf qəbul ediblər. Lakin bu rejim xolesterin səviyyəsinə yalnız zəif təsir göstərib. Tədqiqat müəlliflərinin sözlərinə görə, yulafın təsir mexanizmi əsasən bağırsaq mikrobiomu ilə bağlıdır. Pəhriz yulafın tərkib hissələrini parçalaya bilən və xolesterin mübadiləsinə təsir edən fenol birləşmələri sintez edən faydalı bakteriyaların artımını stimullaşdırıb.

Eyni zamanda, insulin həssaslığını zəiflədən metabolik proseslərlə əlaqəli mikroorqanizmlərin aktivliyi azalıb. Alimlər vurğulayırlar ki, qısa müddətli, lakin intensiv yulaf pəhrizi xolesterinin azaldılması üçün əlavə, dərmansız üsul kimi istifadə oluna bilər. Bununla belə, bu yanaşma dərman müalicəsini əvəz etmir və daha geniş tədqiqatlara ehtiyac var.

Maraqlıdır ki, yulafın xolesterini azaltmaq xüsusiyyəti əsasən onun tərkibindəki beta-qlükan adlı həll olunan liflə əlaqələndirilir. Bu maddə bağırsaqlarda öd turşularını bağlayaraq xolesterinin sorulmasını azaldır. Mütəxəssislərin fikrincə, gündə təxminən 3 qram beta-qlükan qəbulu belə xolesterin səviyyəsinin azalmasına kömək edə bilər.

Tarixən Avropada yulaf daha çox “kasıbların qidası” kimi tanınıb, lakin müasir elmi tədqiqatlar onu ürək-damar sağlamlığı üçün ən faydalı dənli bitkilərdən biri kimi dəyərləndirir. Bundan əlavə, yulaf qan şəkərinin daha stabil saxlanmasına və uzunmüddətli toxluq hissinin yaranmasına da müsbət təsir göstərir.

Beləliklə, elm bir daha sübut edir ki, sağlamlıq bəzən mürəkkəb reseptlərdə deyil, gündəlik süfrəmizdə tapılan sadə qidalardadır. Yulaf kimi xeyirli bir məhsul düzgün istifadə edildikdə ürəyimizin qoruyucusuna çevrilə bilər.

Əsas məsələ isə balanslı qidalanma, elmi yanaşma və sağlamlığa məsuliyyətli münasibətdir. Sağlam gələcək də məhz bu seçimlərdən başlayır.

A.NURƏNGİZ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Yanvar 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri