Icma.az
close
up
RU
Norris birinci sərbəst yürüşdə hamıdan sürətli oldu

Norris birinci sərbəst yürüşdə hamıdan sürətli oldu

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 29 avqust, AZƏRTAC

Formula 1 Niderland Qran-Prisində Zandfortdakı tribunalarda azarkeşlər hələ cümə günü səhərdən yerlərini tutmuşdular. Maks Ferstappenin “narıncı ordusu” əvvəlki illərdəki qədər çoxsaylı deyildi, lakin onları “papaya rənglərində” olan “McLaren” azarkeşləri əvəzləmişdi, buna görə də ümumi ab-hava dəyişməz qaldı. Yalnız güclü külək müəyyən narahatlıq yaradırdı, yağış da yağmadı.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, sessiyanın əvvəlində yarış rəhbərliyi virtual təhlükəsizlik maşını rejimini işə saldı, amma bu, yalnız avadanlığı sınaqdan keçirmək məqsədi daşıyırdı. Bir neçə dəqiqə sonra rejim ləğv edildi və pilotlar Medium təkərlərlə qısa dövrə seriyası ilə günə başladılar.

Hamiltonun maşını döndü, Tsunoda 12-ci döngədə trasdan çıxdı, sessiyanın 11-ci dəqiqəsində isə qırmızı bayraqlar qaldırıldı – Kimi Antonelli texniki nasazlıq səbəbindən maşını “çınqıl tələsi”ndə saxladı və sessiyanı vaxtından əvvəl başa vurdu. Maşın evakuasiya edildikdən bir neçə dəqiqə sonra pilotlar yenidən trasda göründülər.

Komanda yoldaşının maşınını görən Qasli trayektoriyada sürətini azaltdı və Hamiltona mane oldu, Luis arxadan sürətlə yaxınlaşırdı, amma vaxtında reaksiya verərək toqquşmadan yayına bildi.

Sessiyanın ikinci yarısında səmanı bulud örtdü, dənizdən qara bulud gəldi, lakin asfalt quru qaldı. Daha insident qeydə alınmadı və pilotlar medium təkərlərlə ənənəvi uzun dövrə seriyasını problemsiz başa vurdular.

Protokola 1:10.278 nəticə ilə Lando Norris başçılıq etdi, o, komanda yoldaşını onda üç saniyə qabaqladı. Digər pilotlar isə yarım saniyədən çox geridə qaldılar.

Sessiya bitdikdən sonra start prosedurunu məşq edən Maks Ferstappen birinci döngədə trasdan çıxdı və maneənin qarşısında dayandı. Çınqıldan çıxmaq mümkün olmadı, maşın evakuasiya edildi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri