Icma.az
close
up
RU
Norveç sakini faşistlərin güllələdiyi bakılı əsgərin yeni izlərini tapdı FOTO

Norveç sakini faşistlərin güllələdiyi bakılı əsgərin yeni izlərini tapdı FOTO

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səfirlik cavab vermədi, amma Bakıdakı JEK kömək etdi

Tribunainfo.az xəbər verir ki, Caliber.Az saytının daha əvvəl işıqlandırdığı bir hadisə ilə bağlı yeni məlumatlar əldə olunub. Belə ki, Norveçin kiçik Yevik şəhərində yaşayan, rus əsilli yerli sakin Tatyana Toresen (Zatolokina) İkinci Dünya Müharibəsi dövrünə aid iki sovet əsgərinin dəfn olunduğu məzarlığı tapmış və həmin vaxtdan bəri onların yaxınlarını tapmağa çalışır.

Caliber.Az-a müraciət edən Tatyana Toresenin sözlərinə görə, o, almanlar tərəfindən 1944-cü il sentyabrın 16-da Kolberq adlı yerdə güllələnən sovet hərbi əsirlərindən biri – Bakılı İvan Sergeyoviç Aleksandrovun həyat yoldaşının izlərini tapmağa müvəffəq olub.

İvan Sergeyoviç Aleksandrov 1909-cu il avqustun 22-də anadan olub. Bakı şəhərinin Sabunçu qəsəbəsində yaşayıb. Ünvan: Dzercinski küçəsi (indiki Asif Əsədullayev küçəsi), ev 228, mənzil 11. Sabunçuda yerləşən “Bakı fəhləsi” maşınqayırma zavodunda tornaçı işləyib. 1941-ci il iyunun 25-də Sabunçu rayon hərbi komissarlığı tərəfindən orduya çağırılıb. Rütbəsi – sıravi əsgər.

1942-ci ilin avqustunda əsir düşüb (sənədlərdə sentyabr ayında itkin düşmüş kimi qeyd olunub) və Norveçin Hønefoss şəhəri yaxınlığındakı Vågord hərbi əsir düşərgəsinə aparılıb.

Aleksandrov oradan digər əsir Aleksandr Kalistratov ilə birlikdə qaçmağa nail olub. Onlar 100 km-dən çox məsafə qət edərək bir norveçli ailənin tövləsində gizləniblər. Lakin almanlar onları tapıb və 1944-cü ilin sentyabrın 16-da güllələyiblər.

Ölüm anında İvan Aleksandrovun 35 yaşı var idi. O, 79 il ərzində “itkin düşmüş” hesab olunurdu.

Toresenin sözlərinə görə, Aleksandrovun ailəsinin axtarışında irəliləyiş əldə olunub. Belə ki, Bakıda yaşayan könüllülər onun müharibədən əvvəl yaşadığı ünvana yaxın JEK-ə müraciət ediblər və arxivdən həyat yoldaşı Mariya Petrovna Aleksandrova (1906-cı il təvəllüdlü) haqqında məlumat tapıblar. Məlum olub ki, Mariya Petrovna həyat yoldaşının müharibədə həlak olmasından sonra bir daha ailə qurmayıb və onların övladları olmayıb. O, Bakıdakı ət kombinatında fəhlə (köçəgər) kimi işləyib və 1975-ci ildə Saratova köçüb.

Araşdırmalar nəticəsində məlum olub ki, Mariya Petrovna 1983-cü ildə Engels şəhərində vəfat edib. Onun ölümündən sonra 1984-cü ildə miras işi açılıb. Miras işi: №2932417-144/1986, notarius: Vera Yakovlevna Babaytseva, ünvan: Saratov vilayəti, Saratov şəhəri, Pugaçev küçəsi 85/93, Frunzenski rayonu, poçt indeksi: 410056. Notarius hələ də fəaliyyət göstərir, lakin 40 ildən sonra bu işi xatırlamır.

Hal-hazırda bu miras işinin saxlandığı arxivin yeri axtarılır. Əgər sənədlər tapılsa, bəlkə də əsgərin qohumlarını tapmaq mümkün olacaq. Çünki Mariya çox güman ki, əri İvanın fotolarını saxlayırdı və bu şəkilləri özü ilə Engels şəhərinə aparmış ola bilər.

Toresenin sözlərinə görə, ona sadə Bakı sakinləri və Sabunçu rayonundakı JEK əməkdaşları kömək etsələr də, Azərbaycanın Norveçdəki səfirliyi onun məktubuna cavab verməyib.

“Biz həyat yoldaşımla əsgər İvan Aleksandrovun şəklini tapmaq və onun məzarının yaxınlığında xatirə lövhəsi quraşdırmaq istəyirik”, – deyə Tatyana Toresen bildirib.

Deyirlər ki, müharibə o zaman bitir ki, son əsgər torpağa tapşırılsın. Biz isə əlavə edərdik – həm sağ, həm də şəhid olan bütün qəhrəmanların taleyi dəqiqləşməyincə müharibə bitmiş sayılmaz. Gördüyümüz kimi, Norveç və Azərbaycandakı vicdanlı insanların sayəsində, İkinci Dünya Müharibəsində Bakını tərk edib bir daha geri dönməyən bir əsgərin yaxınlarını tapmaq üçün aparılan axtarışlar uğurla davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 May 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see347

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see163

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see160

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see160

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see159

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see153

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see149

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see141

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see139

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see136

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri