Norveç Ukraynaya NASAMS HHM sistemləri üçün xeyli sayda raket verib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Norveç hökuməti Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemləri olan “NASAMS” üçün xeyli miqdarda raket tədarük etdiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Ture Sandvik ukraynalı həmkarı Mixail Fedorovla onlayn görüş zamanı danışıb.
Bildirilir ki, bu addım Ukrayna şəhərlərinin Rusiya ordusunun hava zərbələrindən qorunmasını davam etdirmək məqsədi daşıyır.
Norveç Müdafiə Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, hava hücumundan müdafiə Ukraynaya göstərilən Norveç hərbi yardımının əsas prioritetlərindən biridir.
ABŞ, Kanada, Litva və Norveç də daxil olmaqla bir sıra ölkələr tərəfindən Ukraynaya verilən “NASAMS” HHM sistemləri Rusiya raketlərinə qarşı yüksək effektivlik nümayiş etdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 22 Yanvar 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















