Icma.az
close
up
RU
Norveçin “Geopolitika” nəşri Azərbaycanla Ermənistan arasında sülh sazişinin perspektivlərindən yazıb

Norveçin “Geopolitika” nəşri Azərbaycanla Ermənistan arasında sülh sazişinin perspektivlərindən yazıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Stokholm, 31 iyul, Nərgiz Cəfərli, AZƏRTAC

“Otuz ildən artıq davam edən münaqişədən sonra region tarixi dönüş nöqtəsinə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Norveçin “Geopolitika” nəşrində Azərbaycanın İsveç, Finlandiya, Norveç və Danimarkadakı səfiri Zaur Əhmədovun Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin perspektivlərinə həsr olunmuş məqaləsində bildirilib.

Diplomatın sözlərinə əsasən, tərəflər arasında artıq hərbi təhdid yoxdur və sülh sazişinin mətni razılaşdırılıb və paraflanmağa hazırdır.

Zaur Əhmədov bildirir ki, sənədin imzalanmasına əsas maneə Ermənistanın Konstitusiyasıdır. Bu sənəddə xüsusilə Qarabağa dair, Azərbaycanın ərazilərinə qarşı ərazi iddialarını əks etdirən müddəalar qalmaqdadır. Rəsmi Bakı həmin ifadələrin konstitusiyadan çıxarılmasını tələb edir və bunu etimadın bərpası və gələcəkdə münaqişələrin qarşısının alınması üçün zəruri şərt hesab edir.

Məqalədə ATƏT-in Minsk qrupu da tənqid olunur. Müəllifin fikrincə, bu mexanizm onilliklər ərzində yalnız status-kvonun qorunmasına xidmət edib və artıq mövcud siyasi reallıqları əks etdirmir. Müasir diplomatik proses vasitəçilərsiz, birbaşa dialoq əsasında qurulmalıdır — bu isə artıq həyata keçirilməkdədir.

Uzun illər davam edən işğal və dağıntılara baxmayaraq, Azərbaycan Ermənistandan kompensasiya tələb etmir. Əksinə, işğaldan azad olunmuş ərazilərin bərpasına, məcburi köçkünlərin qayıdışına və infrastrukturun qurulmasına fokuslanıb. Artıq 50 mindən çox azərbaycanlı Qarabağ və Şərqi Zəngəzura qayıdıb.

Müəllifin vurğuladığı əsas mövzulardan biri Zəngəzur dəhlizi layihəsidir. O, bu dəhlizin Azərbaycanın Naxçıvanla birləşməsinə, eləcə də Şərq-Qərb, Şimal-Cənub nəqliyyat əlaqələrinin güclənməsinə və regionun geniş geoiqtisadi arxitekturaya inteqrasiyasına töhfə verəcəyini qeyd edir.

Səfir məqaləsini Ermənistan rəhbərliyini siyasi iradə nümayiş etdirməyə, Konstitusiyanı dəyişməyə və keçmiş ərazi iddialarından əl çəkməyə çağırışla tamamlayır. Onun fikrincə, yalnız bu şərtlər yerinə yetirildikdən sonra Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyə yol açacaq saziş imzalana bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 İyul 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see489

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see202

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see166

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see134

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see134

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see133

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see130

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see130

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see128

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see127

“Aynadaki yabancı” da uğursuz oldu

09 Noyabr 2025 14:17see126

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see126

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see126

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see124

“Səbəbləri bilirəm, amma danışmaq həll yolu deyil”

09 Noyabr 2025 18:20see123

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see121

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see120

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see120

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see120

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri