Novaya Qazeta qəzetinin baş redaktorunun evində axtarış aparılır
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Novaya Qazeta" qəzetinin baş redaktoru Sergey Sokolovun evində axtarış aparılır.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə qəzetin redaksiyası məlumat yayıb.
Bildirilib ki, axtarışdan sonra Sokolov İstintaq Komitəsinə aparılıb.
Qeyd olunub ki, "Novaya Qazeta"nın baş redaktoru Sergey Sokolovla əlaqə 15 oktyabrda saat 12:00 radələrində, Moskva ofisində keçirməsi planlaşdırılan redaksiya iclasından bir az əvvəl kəsilib, onun telefonları söndürülüb.
Qeyd edək ki, bu il sentyabrın əvvəlində Rusiya Ədliyyə Nazirliyi "Novaya Gazeta"nı xarici agentlərin reyestrinə daxil edib.
Bu mövzuda digər xəbərlər:Novaya Qazeta xarici agent ELAN EDİLDİ
04 Sentyabr 2026 18:36
Sputnik in redaktorunun evində axtarış aparıldı
01 İyul 2025 16:21
Məhkəmə “Novaya Qazeta”nın jurnalisti Roldugini ev dustaqlığına salıb
02 İyun 2026 21:00
“Novaya qazeta”nı tarixi binasından çıxarırlar “Köçməyə yerimiz yoxdur”
30 Oktyabr 2026 10:39
Koçaryanın evində axtarış aparılır
25 Avqust 2026 09:10
Baxış sayı:118
Bu xəbər 15 Oktyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















