Icma.az
close
up
RU
Növbəti beş ildə Azərbaycanda ən çox gəlir gətirəcək sahələr AÇIQLANIB

Növbəti beş ildə Azərbaycanda ən çox gəlir gətirəcək sahələr AÇIQLANIB

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan şirkətləri yaxın beş ildə tikinti və xammal sektorunun, o cümlədən nəqliyyat və logistika sahələrinin daha çox böyüyəcəyini proqnozlaşdırırlar. Bu barədə "Azərbaycanda biznes perspektivləri" adlı makroiqtisadi hesabatın doqquzuncu buraxılışındakı "Biznes etimadı sorğusu"nda qeyd edilib. Sorğunun nəticələrinə görə, şirkətlər yaxın beş ildə Azərbaycanda ən sürətli inkişafın tikinti və xammal sektorunda (20%), eləcə də nəqliyyat və logistika sahələrində (20%) olacağını proqnozlaşdırırlar. Bu proqnozlar real iqtisadi trendlərlə nə dərəcədə üst-üstə düşür? Növbəti beş ildə ölkədə daha çox hansı sahələrin inkişaf edəcəyi gözlənilir?

"Ölkə.az" "Kaspi" qəzetinin bu mövzuda məqaləsini təqdim edir:

"Emaledici qida sənayesi və yüngül sənaye inkişaf edəcək"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, növbəti beş ildə əsas hədəflər idxalın əvəzlənməsi ilə bağlı olacaq: "Çünki məqsəd yerli istehsalın genişləndirilməsidir. Bu, həm qiymətlərin optimallaşdırılması, həm də valyutanın ölkədə qalması baxımından vacibdir. Emaledici qida sənayesinin daha da inkişaf etdiriləcəyi gözlənilir. Yüngül sənayedə də üstünlüklər mövcuddur. Bu sahələr növbəti beş ildə əsas prioritetlər siyahısındadır".

Nəqliyyat-logistika sahəsində gəlirlər artacaq

V.Bayramovun fikrincə, növbəti beş ildə inkişaf edəcək sektrolardan biri də nəqliyyat-logistikadır: "Çünki bir tərəfdən Orta dəhlizin imkanları genişlənir, digər tərəfdən Azərbaycan və Qazaxıstan bu istiqamətdə kifayət qədər geniş miqyaslı əməkdaşlıq nümayiş etdirirlər. Bu da nəqliyyat və logistikanın inkişafına ciddi şərait yaradacaq. Ona görə gözlənilir ki, Azərbaycan növbəti beş ildə nəqliyyat və logistika sahəsindən daha çox gəlir əldə etmək imkanı qazanacaq. Bu da iqtisadi artıma təsirsiz ötüşməyəcək. İqtisadiyyatı inkişaf etdirən digər amillər infrastrukturun inkişaf etdirilməsi, elektronlaşmadır. Bütün bunlarla yanaşı geosiyasi vəziyyət və regiondakı yeni düzən də Azərbaycan üçün yeni imkanlar yaradır. Qarabağ münaqişəsinin həlli regiona daha çox sərmayənin cəlb edilməsi, daha çox yüklərin daşınması baxımından da vacibdir. Dövlət siyasəti islahatların dərinləşməsi istiqamətindədir. Nəqliyyat və logistika, qeyri-neft sektorunun inkişafı üçün daha çox sərmayənin cəlb olunması üçün işlər növbəti beş ildə daha da artacaq. Qeyri-neft sektorunun inkişafı əsas hədəflərdəndir".

Yaşıl enerji sahəsi də diqqətdədir

İqtisadçı Elçin Əkbərov bildirib ki, proqnozlar real mənzərəni əks etdirir: "Mən bu siyahıya alternativ enerji sektorunu da əlavə etmək istərdim. Son illər bu sektora ciddi xarici investisiyalar cəlb edilir və bu, hazırda da davam edir. Növbəti beş il ərzində azı yeddi GVt yaşıl enerji gücləri istifadə oluna biləcək və bunun 70 faizindən çoxu ixraca yönəldiləcək. Bu məqsədlə hazırda Avropaya müxtəlif marşrutlarla enerji təchizatının yeni xəritəsi tərtib edilir".

E.Əkbərov digər inkişaf edəcək sahələrə də toxunub: "İnşaat sektorunun inkişafının davam etməsi qaçılmaz prosesdir və fikrimcə, inşaat sektorunun xüsusi çəkisində qeyri-yaşayış, emal, istehsalat, soyuducu anbar kompleksiyönümlü tikintilər artacaq. Xammal sektoru ilə yanaşı emal və istehsalat sektorları da inkişaf edəcək, çünki ölkəmizdə böyük həcmlərdə aqrar məhsul yetişdirilir və çox az hissəsi emal olunaraq satışa çıxarılır və ya ixrac olunur. Bu da məhsulun saxlanma müddətini azaldır və uzun yol qət etməsini çətinləşdirir. Ancaq emal və istehsalat sektorlarının inkişafı ilə bu problemlər aradan qaldırılacaq və ölkəmiz daha çox əlavə dəyər yarada bilən məhsullar ilə dünya bazarında payını artıracaq. Nəqliyyat sektorunun inkişafı qaçılmazdır, bunu dəmir yolları və gəmi-bərə daşımaları nümunəsində real olaraq görürük".

Dövlətin dəstəyi vacibdir

Ekspertin fikrincə, bu sahələrin inkişafı üçün müəyyən işlər görülməlidir: "Biznesə başlama müddətinin qısa, xərclərinin minimal olması, xidmətlərin maksimal elektronlaşması texniki baxımdan prosesləri sürətləndirib. Ancaq Qarabağın demək olar ki, sıfırdan bərpası, yenidən qurulması, regional kommunikasiyaların maksimal açılması ilə tranzit yükdaşımaların artması və ölkədən daha çox sərnişin və yük keçidi, vergi və gömrük stimullaşdırıcı tədbirləri, ixrac imkanlarının genişlənməsi və qeyri-neft sektoruna diqqət və marağın artması inkişafa gətirib çıxaracaq".

E.Əkbərov inkişaf edən sahələrə dövlət dəstəyinin vacibliyindən də bəhs edib: "Dövlət dəstəyini regional, sektoral və ərazi üzrə qruplaşdırmaq olar. Regional olaraq Qarabağ ərazisində bizneslərə 10 illik vergi güzəştləri verilir. Sektoral və regional əsasda yanaşsaq, investisiya təşviqi sənədi, aqrar subsidiyalar, həmçinin sənaye parkları və sənaye məhəllələri ciddi dəstəklər təklif edir. Sektoral baxımdan dəstəklərin hamısı qeyri-neft sektoruna və xüsusilə aqrar, istehsalat sektorlarına yönəlib".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Noyabr 2025 01:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri