Icma.az
close
up
RU
Növbəti erməni hiyləsi: Stammer Vardanyanın kim olduğunu yaxşı bilir

Növbəti erməni hiyləsi: Stammer Vardanyanın kim olduğunu yaxşı bilir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərə hökuməti Putinin keçmiş "çirkli pul" yuyucusu olan və separatizmi maliyyələşdirən Ruben Vardanyana görə Azərbaycan kimi etibarlı müttəfiqi ilə münasibətlərə hər hansı korrektələr etmək fikrində deyil


Ermənistan vətəndaşı olan, Azərbaycan Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesi davam etdirilir.

Vardanyanın məhkəmə prosesini şərh edən siyasi ekspertlər isə hesab edir ki, o, Tanrı və azərbaycanlılar qarşısında tövbə etməyə tələsmir.


Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az" a açıqlamasında bildirib ki, erməni lobbi təşkilatları və din xadimləri  Ukrayna və Azərbaycan ərazilərində separatçılıq və terrorizmə "sponsor"luq etmiş dələduz milyarder Ruben Vardanyandan ötrü yaxalarını cırmağa, dünya liderlərinə məktub yazıb onun həbsdən azad edilməsinə nail olmaq üçün timsah göz yaşları axıtmağa davam edirlər:

 "Döymədikləri qapı qalmayıb. Donald Trampdan tutmuş Roma Papası Fransiskə qədər hər kəsə müraciət ediblər. 

Və budur, daha bir müraciət dünya mediasında tirajlanmaqdadır. Bu dəfə Böyük Britaniyanın Baş naziri Kir Starmerə müraciət olunub. 

Birləşmiş Krallıqdakı və İrlandiyadakı erməni kilsəsinin Yeparxiyasının rəhbəri yepiskop Ovakim Manukyan bir neçə din xadimi ilə birgə cənab K.Starmerə məktub yazıb, ondan Ruben Vardanyanın "əsir"likdən xilas edilməsi üçün səy göstərməsini xahiş edib. 

Həmin məktub başdan ayağa saxta iddialardan, yalan-palandan ibarətdir. Görünən budur ki, erməni din xadimləri hamını aldatdıqları kimi İngiltərənin baş nazirini və ingilis xalqını da aldada biləcəklərini düşünüblər. Ovakim Manukyanın öz yalanlarına Böyük Britaniyanın bəzi dini liderlərini də şərik etməsi təəssüf hissi doğurur. Ancaq həmin din xadimlərindən fərqli olaraq Kir Starmer hazırda Azərbaycanda məhkəmə qarşısına çıxarılan ermənilərin və o cümlədən Ruben Vardanyanın “əsir” və ya “hərbi əsir” yox, separatçı və terorrist olduğunu yəqin ki, yaxşı bilir. Bu adamlar hərbi təcavüzdə, insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində ittiham olunan şəxslər olaraq məsuliyyətə cəlb ediliblər. Ona görə də hazırda Bakıda davam edən məhkəmə prosesi günahsız təcavüz qurbanları olan azərbaycanlıların hüquqlarının təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsinə xidmət edir". 


B. Mirzəyevin sözlərinə görə, 20-yə yaxın erməni separatçısına “əsir” və ya “hərbi əsir” donu geyindirib onların azad edilməsi çağırışları ilə K.Starmerə və digər dünya liderlərinə müraciət etmək sözsüz ki, növbəti erməni hiyləgərliyinin təzahürüdür: 

"Dünya liderlərindən isə həmin müraciətlərə demək olar ki, heç bir reaksiya yoxdur. Çox güman ki, Kir Starmer də Ruben Vardanyanla bağlı məlum müraciəti zibil qutusuna atacaq. 

İngiltərə hökuməti Putinin keçmiş "çirkli pul" yuyucusu olan və separatizmi maliyyələşdirən Ruben Vardanyana görə Azərbaycan kimi etibarlı müttəfiqi ilə münasibətlərə hər hansı korrektələr etmək fikrində deyil. 

Əslində, erməni "din xadimləri" müxtəlif dövlət və hökumət başçılarına yox, birbaşa Vardanyanın özünə məktub yazıb onu tövbə etməyə və Azərbaycan xalqından üzr istəməyə çağırmalıdırlar. Hərçənd ki, bu da real deyil. Çünki heç bir erməni katolikosu və keşişində bu qədər cəsarət və ədalət, insanlıq hissi yoxdur. Heç Vardanyan da əsl insanlıq nümunəsi göstərməyə, Tanrı və azərbaycanlılar qarşısında tövbə etməyə tələsmir. Çünki ermənilərdə həqiqi Katarsis (arınıb-durulmaq, mənən təmizlənmək, islah olunmaq) ya heç vaxt baş vermir, yadaki çox gec təzahür edir". 


Siyasi şərhçi həmçinin qeyd edib ki, R.Vardanyan bu məhkəmədən özüyçün maksimum xal yığmağa, piar olunmağa çalışır. Çünki onun ağlından günün birində Ermənistana "qəhrəman" kimi qayıtmaq və Paşinyana rəqib olmaq keçir. Lakin Vardanyanın bundan sonrakı taleyi onun özündən yox, Bakı Hərbi Məhkəməsinin qərarından asılıdır. Axı Tanrı heç bir cinayətkarı cəzasız buraxmır...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Mart 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see217

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see175

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see172

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see153

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see150

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri