Icma.az
close
up
RU
Sazın sözün Ələsgər zirvəsi

Sazın sözün Ələsgər zirvəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Elə söz adamları var ki, onların ömrü təqvimlə bitmir. Vaxt keçir, nəsillər dəyişir, amma dediyi söz elin yaddaşından silinmir. Aşıq Ələsgər də belə sənətkarlardandır. Aradan neçə-neçə onilliklər keçsə də, sazının səsi bu gün dağların dumanında, bulaqların şırıltısında, el məclislərində yaşayır. Çünki Ələsgər təkcə şeir yazmayıb, xalqın ruhunu dilləndirib.

Göygöl Rayon Mədəniyyət Mərkəzində keçirilən “Aşıq Ələsgərin anım tədbirləri” layihəsinin yekun mərasimi də məhz bu ölməz irsə ehtiramın ifadəsi idi. Məclis ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Aşıq Ələsgərin ömür yolu və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov bildirib ki, Aşıq Ələsgər xalqımızın milli-mənəvi sərvətlərini əsrlərdən - əsrlərə daşıyan böyük sənətkarlardandır. Ustad aşığın yaradıcılığı bu gün də milli kimliyin, vətən sevgisinin və mənəvi dəyərlərin yaşadılmasına xidmət edir.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin yubileylərinin dövlət səviyyəsində keçirilməsi, Prezident İlham Əliyevin sərəncamları ilə 200 illik yubileyinin qeyd olunması və Bakıda abidəsinin ucaldılması bu böyük şəxsiyyətə verilən yüksək dəyərin ifadəsidir. Rayon rəhbərinin sözlərinə görə, həyata keçirilən layihə Qərbi Azərbaycan aşıq məktəbinin daha geniş tanıdılmasına mühüm töhfə verəcək.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli ustad sənətkarın həyat yolu və zəngin yaradıcılığı haqqında danışaraq onun poeziyasında vətən sevgisinin, insanpərvərliyin və yüksək mənəvi dəyərlərin əsas yer tutduğunu bildirib.

Professor İbadulla Ağayev, Hacı Abbas Bağırov və şair-publisist Salman Balakişiyev də Aşıq Ələsgər irsinin elmi, ədəbi və mənəvi əhəmiyyətindən bəhs edərək bu xəzinənin gələcək nəsillərə olduğu kimi çatdırılmasının vacibliyini vurğulayıblar. Mərasimin yaddaqalan anları isə sazın dilləndiyi məqamlar olub. Əməkdar mədəniyyət işçisi Fətulla Göyçəli, ustad aşıqlar Ələddin Göyçəli, Elbrus Hüseynov, Şöhrət Kərimov və Ayaz Hacıyevin ifasında səslənən el havaları, dastanlardan parçalar və Aşıq Ələsgərin sözlərinə bəstələnmiş mahnılar xüsusi ovqat yaradıb. Bir daha hiss olunub ki, sazın dili dəyişmir, köhnəlmir, zaman keçdikcə daha da qiymət qazanır.

Göygöl Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin həyata keçirdiyi layihənin yekun mərasimi bir daha göstərdi ki, Aşıq Ələsgər təkcə keçmişin ustadı deyil. O, bu gün də xalqın yaddaşında yaşayan, sazın dili ilə danışan, sözü ilə yol göstərən böyük bir məktəbdir.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 İyul 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see415

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see410

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see317

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see303

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see301

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see294

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see275

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see272

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see272

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see269

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see265

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see260

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see257

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see251

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see248

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see240

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see235

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see230

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see225

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri