Icma.az
close
up
RU
Növbəti stansiya Ağdam Günel Mehrinin yeni essesi

Növbəti stansiya Ağdam Günel Mehrinin yeni essesi

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Günel MEHRİ

"Növbəti stansiya - Ağdam..."

Yəqin belə bir səs eşitdilər 32 il sonra Bakı-Ağdam qatarı ilə yola düşən ağdamlılar... Görən, hansı duyğunu yaşadılar o yollara baxanda, hansı yaşlarına getdilər, görən?..

..."Taqq-taqqataq-taqq..."

Qulağımda bu interşum, gözlərim önündə sürətlə dəyişən təsvirlər: evlər, düzənliklər, tarlalar, bağçalar... Burnumu şüşəyə dirəyib heç nəyi gözdən qaçırmaq istəmirəm. Tanımaq istəyirəm bu yolu, izi... İçimdəki səsin diktəsi var axı:

"Sən yolu tanı. Yol səni aparacaq".

- Ay bala, yat. Day göz-gözü görmür. Sabah duranda baxarsan. Bilmirəm, nə tapıb bu qız yollarda...

Anamın yorğun səsi gəlir. Sonra kupenin zəif işığında nəfəsimdən buxarlanmış şüşəyə adımı həkk edirəm:

"Günel

Füzuli

1988"

O vaxtlar başı bantlı qızam. Köynəyimin yaxasında balaca Vladimirin şəkli həkk edilmiş ulduz var. Onsuz məktəbə ayaq qoymuram. O beşguşəli ulduzu elə əzizləyib silirəm ki, deyəsən, sinifdə ən parlaq ulduz mənimkidir. Hələ Leninin şəninə şeirlər də deyirəm:

"...Çalışırıq, vuruşuruq

Lenin baba yolunda..."

"Yol... Hə, əsas yoldur. Yolumu tapmaqdır, tanımaqdır..."

İçimdəki səslə danışa-danışa xumarlanıram. Qatar mənə yol dilində laylay çalır:

"Taqqa-taqq-taqq"...

Gözlərim qapanır. Yuxuda da yolların üstü ilə qanad açıb uçan kəpənəyə dönürəm. Onda hələ atamın maşını yoxdur. Hər yay rayona qatarla gedirik. Elə bilirəm, bütün qatarlar Qarabağa aparır. Bütün yollar Romaya apardığı kimi... Elə o vaxtdan o taqqıltı sədaları altında yollara baxıb düşünməyi sevirəm. Sonra bir gün getdiyim o yolu itirirəm. Nənəmgilə gedən yol yoxdur, deyirlər. Ev də, rayonlar da, Qarabağ da yoxdur, deyirlər. Ancaq bir yol var. O da Bakıya. Yorğan-döşəklə, xalça-palazla yüklənmiş maşın karvanları son ümidlərinə tutuna-tutuna üzü Bakıya gəlirlər. Daha qatarlar yoxdur mənim üçün. Müharibə başlayalı, bütün qatarlar dayanıb, relslərindən çıxıb, deyəsən. Nə yalan deyim, o vaxtdan bu yana qatara minmirəm. Qatarları sevmirəm daha, döş nişanımdan parlayan Lenini sevmədiyim kimi. Mən qatara minməyəli, mən qatarı sevməyəli çox olub. Müharibənin qanlı üzünü, məcburi köçkün, qaçqın kəlmələrini, atəşkəs sözünü, Qarabağın əvvəllər heç görmədiyim bütün bölgələrini əzbər öyrənmişəm. Qarabağsız və qatarsız çox yollardan ötmüşəm. Çiçəkli, tikanlı, hamar, nahamar, keçilməz, dumanlı yolları adlayıb keçmişəm. Hələ bu yollardan keçə-keçə yolun fəlsəfəsini də kəşf etmişəm: "Balaca, sən düz deyirdin. Əsas yolunu tanımaqdır, düz yolundan sapmamaqdır. Çünki hamımız yolçuyuq, yoldayıq. Və yollar bizi bizə tanıdır. Bir gün ayırdığı kimi, günün birində də xəyal etdiyimiz mənzilə qovuşdurur..."

Qovuşduq... Deyirlər də, xəyallar onlara inanınca gerçəkləşir. Bu illərdə əzbərimdə olan Qarabağın bütün bölgələrinə qovuşduq. Sonra efirlərdən əzmli çağırışlar eşitdik:

"Qarabağda körpülər salınacaq, yepyeni yollar çəkiləcək..."

Hə, əsas yoldur axı. Zəfər varsa, yol da olmalıdır: Zəfər yolu. Sonra elə oldu ki, başı bantlı uşaq vaxtı qatarın qalın şüşələri arxasından göz yaddaşıma həkk etməyə çalışdığım yolları avtomobillərlə tanımaza-bilməzə qayıtdım. Cocuq-Mərcanlı kəndində həsrətlə boylandığım, Qarabağa aparan yol xəritəsindəki xətlər üzrə qayıtdım. Özü də Zəfər yolu ilə qayıtdım Qarabağa. Yolları izləməkdən əl çəkməmişdim hələ də. Gördüm ki, bu yollar yaddaşımın tozanağındakı güllü-çiçəkli, bağlı-bağatlı yollar deyil. Şuşanın ən dik zirvəsindən Xankəndinə gedən yollara boylandım, xəyal etdim:

"Sən yolu tanı. Yol səni aparacaq..."

Sonra yenə yol. Yenə bir qış günündə gözümü dikmişəm tanımadığım yollara. Bu dəfə yol məni Xankəndiyə aparır. Ermənilərin fəxr yeri olan kərpic rəngli heykəllərin qarşısındayam. El arasında ona "Nənə-baba abidəsi" deyirlər. Amma əslində bu abidənin adı da, məramı da çox başqadır. "Biz və bizim dağlar" adlanan abidə Dağlıq Qarabağın erməni icmasının simvolu kimi qəbul edilir. Dahası da var. Belə ki, abidə heç bir dövlət tərəfindən tanınmayan keçmiş Qondarma Dağlıq Qarabağ Respublikasının rəsmi simvollarından biri idi və Dağlıq Qarabağ Respublikasının gerbində istifadə edilirdi. Heykəllərə baxıram və təbəssüm edirəm. Biz varıq, biz qarabağlılar buradayıq, öz dağlarımızın zirvəsindəyik... Şükür, bu günlərə, bu dağlara, bu zirvəyə min şükür...

Sonra uf da demədən, yolu əlimə alıb pay-piyada gəzirəm çiskinli Xankəndi yollarını. Hər tərəfdən sahibsiz evlər boylanır. Dağınıq, tənha, qarışıq, toz-torpaqlı evlər. İçəri keçirəm. Qaz plitəsinin üstündəki tavada qurumuş yemək var. Yerlə bir olmuş yorğan-döşək. Divardan boylanan insan fotoları. Həyətdə boynunu bükmüş velosiped. Hmm. İçimi sevinc bürüyür, nə deyim axı. Mənə elə gəlir, sevinən mən deyiləm, qəlbimin 40-cı otağındakı başı bantlı balacadır. Qatarın şüşəsindən yolları izləyən həmin o Günel. İçimdəki tikanın necə çıxdığını bütün ruhumla duyuram. Nənəmin də yeməyi qazançada belə qalmışdı, babamın fotoları da divarlarda. Qardaşımın da velosipedi anbarda. Dağılmış evlərin arasında sevincdən qanad açıram. Mən də kiminsə dərdinə sevinərəmmiş, İlahi... Sən nə gözəlsən, ilahi ədalət. Bu nə möhtəşəm bumeranqdır mən yaşadım. Birdən o balaca Günel necəsə gözümə görünür. Mənim düşündüyümün əksinə, kədərlə baxır velosipedə:

"Əsas yoldur. Yolu tanı. O, səni aparacaq.. "

Tozlu bir pəncərədə yazıram:

"Günel

Xankəndi

2024"...

P.S. "Bu gün paytaxtdan yola düşən Bakı-Ağdam-Bakı marşrutu üzrə ilk sərnişin qatarı Ağdama çatıb..."

Feysbukun xəbər lentində ağdamlı qələm əhlinin sevincli paylaşmalarını oxuduqca içim-içimə sığmır. Qəlbimdəki qatar sevdası yavaş-yavaş dərin yuxudan oyanır. Xəyalən o qatardayam. Başı bantlı qız yenə burnunu şüşəyə dirəyib yollara baxır. Birdən qatar bələdçisinin səsi eşidilir:

"Növbəti stansiya - Ağdam..."

Balaca Günel gözünü yollardan çəkib gülümsünür:

"Yolu tanı. Yol səni aparacaq..."

Və qatar xoşbəxtlikdən yırğalanırdı, deyəsən...

(2025, 30 avqust)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Sentyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri