Növbəti tədris ilindən Konqo Demokratik Respublikasından üç tələbə BANMdə təhsil alacaq AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 3 dekabr, AZƏRTAC
Konqo Demokratik Respublikasının Azərbaycandakı səfiri İvan Vanqu Nqimbi SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.
Rektor Elmar Qasımov çıxışında BANM-də yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurları barədə məlumat verib. Ali məktəbin beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.
Daha sonra 2025/2026-cı tədris ilindən etibarən Konqo Demokratik Respublikasından üç tələbənin BANM-də təhsil almaları ilə bağlı qarşılıqlı razılıq əldə olunub. Onlardan ikisinin təqaüd əsasında qəbul ediləcəyi vurğulanıb.
Qeyd olunub ki, bu addım iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da dərinləşməsinə və gənc mütəxəssislərin yetişməsinə mühüm töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 03 Dekabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















