Icma.az
close
up
RU
Novruz süfrəsinin s hərfi ilə başlayan 7 neməti... Səmənini zibilə atmaq, ruzini çölə atmaqdır Video

Novruz süfrəsinin s hərfi ilə başlayan 7 neməti... Səmənini zibilə atmaq, ruzini çölə atmaqdır Video

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Deyirlər ki, "Novruz süfrəsində mütləq şəkildə “s” hərfi ilə başlayan 7 nemət olmalıdır". Bu iddianın müxtəlif izahı olsa da, dini izahının olduğu barədə ilk dəfə eşitdim.

AMEA Folklor İnstitutunun elmi işçisi, dosent İlhamə Qəsəbova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yeddi “s” ilə nemət “7 salam”, Allaha salam vermək deməkdir. Alimin sözlərinə görə, bəzi bölgələrdə və Türk dövlətlərində bu anlamı daşıyır.

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova

Bayram süfrəsi hazırlayarkən “s” hərfi ilə başlayan 7 simvolu unutmamalıyıq: Simuzər (güzgü), sikkə, su, səməni (cücərdilmiş buğda dənələri), sirkə, səbzi və sumax.

“Mən bir az araşdırdım. Türk dövlətləri var ki, Novruz bayraı keçirirlər. Məsələn; Türkmənistan dövləti Azərbaycan qədər bütün çərşənbələri möhtəşəm şəkildə keçirməsə də, bayram əhvalı olan günlər keçirilir. Onlarda da yeddi hərfli həmin ənənə icra olunur. Hətta “yeddi meyvə şirəsi”, “yeddi meyvə qurusu” da süfrəyə qoyulur. Bununla yanaşı, demək olar ki, qışda saxladığımız bütün quru meyvələr süfrədə olur. Şübhəsiz ki, süfrənin şahı elə səmənidir. Səmənisiz Novruz bayramı keçirilməz. Səməni olmayan süfrədə bolluq və bərəkət olmaz. Çünki buğdadan əmələ gəlir və buğda, ruzi-bərəkət deməkdir”-deyə İlhamə Qəsəbova qeyd edib.

Bəzən bayram keçdikdən sonra səməniləri zibil qablarına atırlar. Alim deyir ki, bu addımı atmaq həmin şəxsin öz ruzi-bərəkətini atması deməkdir.

“Səmənidən səməni halvası bişirilir. Səməni halvası təkcə Azərbaycanda bişirilmir. Qırğızıstanda da, Özbəkistanda da səmənidən bişirilən şirniyyat növləri var. Məsələn, şimal bölgəsində səməni suya axır və səməninin suya axıdılması gününü insanlar toy-bayram kimi keçirirlər. Bəzi bölgələrdə bunu torpaqdan aldıqlarına görə, elə torpağa verərlər. Səmənini zibil yerlərinə atmaq olmaz. Bu mənada olmaz ki, səməninin tərkibində buğda var və buğda ruzi-bərəkət deməkdir. Səmənini zibilə atmaq öz ailəsinin ruzisini çölə atmaq deməkdir”-deyə İlhamə Qəsəbova əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Mart 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri