Icma.az
close
up
RU
Novruzun çərşənbələri haqda bilmədiklərimiz: Otuz illik SİRR AÇILDI KONKRET

Novruzun çərşənbələri haqda bilmədiklərimiz: Otuz illik SİRR AÇILDI KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Bu gün çərşənbə axşamıdır. Fevralın 21-də kiçik çillə ilə vidalaşan təbiət yeni dönəmə qədəm qoyur. Kiçik çillədən sonrakı çərşənbə su çərşənbəsi hesab olunur və Novruz bayramına qədər çərşənbələr qeyd edilir. Su, od, torpaq və yel çərşənbələrindən sonra torpağın oyanışı baş verir. Min illərin sınağından keçib gələn Novruz ənənəsi bu gün də yaşadılır.

Novruz ənənəsiylə bağlı KONKRET.az-a danışan şair, folklorşünas Tahir Talıblı çərşənbələr və onların mahiyyətini açıqlayıb:

“Bu gün çərşənbə axşamıdır. Çərşənbə axşamları çilləli, bir az ağır günlərin başa çatmasına işarədir. Elə ki, çərşənbə axşamı adlayır, üzü çərşənbəyə dönəndə isə aydınlığa, asanlığa doğuru gedir. Əslində bu gün çərşənbə axşamıdır. Bu gün bayram kimi qəbul olunub. Televiziyalardan, radiolardan bu, belə təbliğ edilir. Elə qəbul eləsək, deməli, ilk çərşənbəmiz su çərşənbəsidir. Bu, fevralın 26-na düşür. Artıq sulara həyat, yüngüllük gəlir. Həmişə deyərdilər ki, sular canlanır. Kənddə yaşayan adamlar bilirdi ki, fevralın bu günləri çayların üzü buz bağlayır. Amma baxırsan buzun üstündən buxar qalxır. Biz uşaq olanda təəccüb edirdik ki, şaxtaya, buzun üstündən qalxan buxara bax. Nənələrimiz deyirdi ay bala, bu gün sulara ixtiyar verildi. Fikir verin, sulara ixtiyar verildi, sulara can gəldi. Bu nə deməkdir? Dəryalar, böyük çaylar dibindən isinməyə başlayır. Hələ təbiətdə şaxta olsa da, ətraf buz bağlasa da, çaylar, sular oyanır. Bax buna deyirlər su çərşənbəsi. Bu gün, daha doğrusu sabahkı gün su çərşənbəsidir. Xoş gəlir, qədəmləri mübarəkdir. Xalqımıza, millətimizə xoş gün gətirsin”.

Daha sonra, çərşənbələrlə bağlı fikirlərini bildirən Tahir Talıblı yaranan mübahisələrə aydınlıq gətirib. Bildirib ki, son 30 ildə Novruz çərşənbələrinin sıralanmasında səhvə yol verilib:

“Novruz çərşənbələri nəyin əlamətidir? Novruz çərşənbələri qışdan, qardan, qərəmətdən, çilləli günlərdən üzü Novruza 4 həftəlik bir yoldur. Yəni kiçik çillədən sonra, bu dörd həftəlik yolnan təbiət yaza qovuşur. Öncədən bildirim ki, Novruz dilimizə çox sonralardan gəlib. Biz həmişə “Yaz bayramı”, “Bahar bayramı” demişik. Bu, klassikada da, ədəbiyyatda da var. Məsələn, Vaqifin bir şerini xatırlayaq:

“Bayram oldu heç bilmirəm neyləyim, Bizim evdə dolu çuval da yoxdur”.

Yaxud da Şəhriyar yazırdı:

“Bayram yeli çardaxları yıxanda”.

Yəni, Novruzla son çərşənbənin üst-üstə düşən vaxtları olur. Adına da Yel çərşənbəsi deyirik. Dünyaya nəfəs verilir və beləliklə torpağa yaz gəlir.

Qədim Türklər torpağ isinib deyərdilər. Yəni Novruzdan sonra nəfəs verilir və elə bil ki, torpaq isinirdi. Ondan sonra səfərə çıxar, əkin-səpinə başlayardılar. Elə rus dilində “step” sözü də isitip sözündəndir. O söz bu gün də geniş işlədilir. “Step” rus dilində çöllük mənasındadır. Bu, qədim türkçəmizdən götürülmüş ifadədir. Sıralanma isə belədir: abi, atəş, xaki, bad. Yəni Su, od, torpaq və yel çərşənbələri. Bu, Dədə Qorqud dastanında da belə sıralanır. Bizim böyük klassiklərimizin əsərlərində də bu cürdür. Sonradan sıralanmada kimlərsə dəyişiklik edib və torpaqla yel çərşənbəsinin yerini dəyişib. Xeyir, su, od, torpaq və yel çərşənbəsinin yerini dəyişmək olmaz. Yəni dünya dörd ünsürdən ibarətdir. Əgər bu ünsürlərdən biri olmasa, həyat da olmaz.

Aşıq Ələsgər deyirdi:

“Abi, atəş, xaki, baddan xəlq olundu kainat”.

Bu, çox böyük klassiklərin əsərlərində də var. Mövzuya aşıq ədəbiyyatında geniş yer verilib. Hətta Nizami, Füzuli yaradıcılığında da rast gəlinir.

Eləcə də İslam dinində də bunlar mövcuddur. Bildirirlir ki, Allah insanı yaratdı və sonra nəfəs verib “ol” dedi. Bəli, sonuncu nəfəs verilir və bununla həyat başlayır. Su, od, torpaq var, amma nəfəs yoxdursa heç nə yoxdur. Bu da Növruzda Yel çərşənbəsi adlanır. Yel ilə dünyanın bütün pislikləri yox olub gedir və dünyaya yeni nəfəs gəlir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Fevral 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri