Novxanı yol kənarında ölmüş itlər tapılıb VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Abşeron rayonunda itlərin kütləvi şəkildə ölməsi ilə bağlı iddialar narahatlıq yaradıb.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir neçə itin yol kənarında hərəkətsiz vəziyyətdə qaldığı əks olunub. Novxanı qəsəbəsində qeydə alınan kadrları çəkən vətəndaş iddia edir ki, heyvanlara avtomobil vurulmayıb, onların zəhərlənərək öldüyü ehtimal olunur.
Onun sözlərinə görə, itlərin bəzilərinin ağzından köpük gəldiyi müşahidə edilib ki, bu da zəhərlənmə ehtimalını gücləndirir. Vətəndaş bildirib ki, heyvanların bədənində zərbə izləri görünməyib.
Məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər hadisənin araşdırılmasını və əgər zəhərlənmə faktı təsdiqlənərsə, məsul şəxslərin müəyyən edilərək cəzalandırılmasını tələb edirlər.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 Aprel 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















