Novxanıda əməliyyat: gizli narkobunker aşkarlandı
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə, eləcə də narkotik xassəli bitkilərin kultivasiyasına qarşı əməliyyatlar davam etdirilir.
AZXEBER.COM xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayonunun Novxanı qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 45 yaşlı Etibar Qurbanov saxlanılıb.
Onun yaşadığı ünvana və həyətyanı sahəsində yerin altında hazırladığı gizli bunkerə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 11 kiloqramdan artıq olan 209 ədəd çətənə kolu, həmçinin 2 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, E.Qurbanov bunkerə xüsusi havalandırma, işıqlandırma və istilik sistemləri quraşdıraraq çətənə bitkilərinin yetişdirilməsi üçün münbit şərait yaradıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 08 İyun 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















