Icma.az
close
up
RU
Novxanıdakı reabilitasiya mərkəzində nə baş verib? Alxanovun həbsinin şok detalları

Novxanıdakı reabilitasiya mərkəzində nə baş verib? Alxanovun həbsinin şok detalları

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

“Həyat üçün şans” reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanovun həbs edilməsinin bəzi detalları məlum olub.

Teleqraf.com xəbər verir ki, mərkəzdə narkotik istifadəsinə görə müalicə alan pasiyentlərə dözülməz işgəncə verilməsi iddia olunur. Qeyd olunur ki, bu yaxınlarda mərkəzdə müalicə alan pasiyentlərdən biri aldığı işgəncə nəticəsində vəfat edib.

Faktlarla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar başlanılıb. Aparılan araşdırmalar nəticəsində mərkəzin faktiki rəhbəri Elgiz Alxanov saxlanılıb. Daha bir neçə nəfərindı saxlanıldığı deyilir.

Hazırda hüquq-mühafizə orqanlarında araşdırmalar davam etdirilir.

Qeyd edək ki, “Həyat üçün şans” reabilitasiya mərkəzi Novxanı qəsəbəsində yerləşir. 18 filialı olan “ reabilitasiya mərkəzi 5 ildir fəaliyyət göstərir. İddialara görə, mərkəz 5 ildir fəaliyyəti göstərsə də, narkomaniyadan əziyyət çəkən şəxslərə müalicə göstərməsi üçün heç bir lisenziyası yoxdur.

Mərkəzdə narkomaniyadan və "ağ ölüm"dən əziyyət çəkən 80-ə yaxın pasiyent olub.

Onu da qeyd edək ki, Bakıda və Abşeronda bir neçə reabilitasiya mərkəzləri mövcuddur. Vətəndaşların müraciəti əsasında narkomaniya və "ağ ölüm"lə mübarizədə onlara köməklik edirlər. Lakin bu tipli müəssisələrdə əvvəllər də bir neçə dəfə ölüm halları qeydə alınıb.

Bir neçə il əvvəl Novxanı qəsəbəsində yerləşən "Nyu Layf” reabilitasiya mərkəzində ölüm faktı qeydə alınmışdı.

Həmin müəssisədə də narmomaniyadan müalicə alan şəxslərə xüsusi işgəncələr verilməsi faktları aşkarlanıb.

Hadisə nəticəsində pasiyent Hüseyn Məmmədov həyatını itirib, digər üç nəfər - Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev həmin iş üzrə zərərçəkmiş qismində tanınıb.

“Nyu Layf” Reabilitasiya Mərkəzi Binəqədi rayonu, Novxanı qəsəbəsinin bağlar massivindəki evlərdən birində yerləşib.

Araşdırmalar zamanı məlum olub ki, xeyli vaxt reklamı gedən, pasiyentlərin gəldiyi mərkəzin ümumiyyətlə, lisenziyası yoxdur. Bu üzdən təqsirləndirilən 5 nəfərdən üçünə - Orucəli Əliheydərov, Elvüsal Hüseynov və Famil Rzayevə başqa maddələrlə yanaşı, həm də qanunsuz sahibkarlıq ittihamı verilib.

Qalan ikisi – Qənbər Həsənov və Sərxan Əliyev də daxil olmaqla, 5 nəfərin hamısı əzab vermə, qanunsuz azadlıqdan məhrumetmə kimi əməllərdə suçlanıb.

Cinayət işinin materiallarında göstərilir ki, “Nyu Layf” reabilitasiya mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb.

Reabilitasiya prosesində bütün dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından yararlanıblar. Mərkəzdəki qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib.

İttihama görə, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutaraq döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra pasiyentin vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

"Nyu Layf” reabilitasiya mərkəzində narkomaniyadan əziyyət çəkən Hüseyn Məmmədovun ölümündə təqsirləndirilən mərkəz rəhbəri Orucəli Heydərov, mərkəzin işçiləri - Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Famil Rzayev 8 il, Orucəli Heydərovla Elvüsal Hüseynovun hər biri 7 il, Sərxan Əliyevla Qənbər Həsənov isə hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.

Eyni əməllərə görə “Nyu Layf” reabilitasiya mərkəzin məsləhətçisi Fərhad Əliyevin barəsində ayrıca icraatda cinayət işi başlanıb və işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

O, 6 il müddətinə azadlıqdan mərhum edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 06 Dekabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri