Icma.az
close
up
RU
Noyabrın adını dəyişməyin vaxtıdır... 3 yaş

Noyabrın adını dəyişməyin vaxtıdır... 3 yaş

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Günlərin, ayların mahiyyəti dəyişib.

Bu təqvim artıq o təqvim deyil. Tamam yenilənib.

Məsələn, götürək elə bizim noyabrı.

Noyabrın adı dəyişib. Dönüb olub Şuşa ayı.

Deyim ki, adamın özündən asılıdır? Yox. Bir də baxırsan ki, “8 noyabr” deyəndə əlin üçrəngli bayrağa uzanır.

Elə bilirsən, “8 noyabr” dedinsə, mütləq o bayrağı qaldırmalısan.

Ürəyimizdə bu sehrli istəyi 5 il əvvəl Şuşada o bayrağı qaldıran qəhrəmanlar yaradıblar.

Kimlər üçün ki noyabr Şuşa ilə xatırlanır, vaxt itirmədən, elə indicə təqvimdən “noyabr” sözünü silə bilər. Silir və bundan sonra “Şuşa ayı” deyir.

…Sentyabr, Oktyabr, Şuşa, Dekabr – ömür beləcə keçir.

Şuşa ayı mənim üçün həm də ona görə əzizdir bu ayda ikinci evimiz – “Globalinfo” fəaliyyətə başlayıb.

Artıq 3 ildir ki, Şuşa ayında Globalinfo.az-ın doğum gününü də qeyd edirik.

Bu gün 3 yaşımız tamam olur.

Şübhəsiz, 3 yaş bir media orqanı üçün yolun əvvəlidir.

Doğrusu, son illərə elə böyük proseslər sığdı ki, vaxtın hardan gəlib, necə getdiyini bilmədik.

Bildiyimiz yalnız o oldu ki, “Globalinfo”nun özü üçün müəyyən etdiyi bir istiqamət var və bu istiqamətdə irəliləmək onun əsas prinsipidir.

Bu yola çıxarkən qarşıda çətinliklərin olacağını da anlayırdıq.

Çünki dinamik xəbər jurnalistikasının aktiv olduğu bir vaxtda analitik məzmunlu siyasi saytı müəyyən yerə çatdırmaq əziyyət, vaxt və bəlkə də şans tələb edir.

Əziyyəti özümüz çəkdik, vaxtı Allah verdi, şansı isə…

O şans “Globalinfo”nun kollektivi oldu. Elə bil böyük pazlın parçaları gəlib bir-birini tapdı və yekunda mənzərə yarandı.

“Globalinfo” reytinq xatirinə hansısa modelin, müğənninin 18+ fotolarını, 23+ davranışlarını tirajlamaqdan uzaq oldu…

“Globalinfo” hansısa məmur və ya iş adamından nəsə almaq üçün onu kompromatlarla şantaj etmədi…

“Globalinfo” Madaqaskarda baş vermiş xoşagəlməz bir hadisəni Mərdəkanda yaşanıbmış kimi təqdim edib oxucunu aldatmadı…

Nə gözəl ki, yuxarıda sadaladığım “tələ”lərə düşməməyimizi həm dostlarımız, həmkarlarımız, həm də oxucularımız görüb dəyərləndirdi.

Şübhəsiz, mükəmməl heç nə yoxdur: bizim də təkmilləşdirməli, inkişaf etdirməli, gücləndirməli olduğumuz tərəflərimiz var.

Bu gün elə mühüm qlobal, regional iqtisadi-sosial-siyasi mövzu yoxdur ki, “Globalinfo” ona müxtəlif rakursdan yer ayırmasın.

“Globalinfo.az” xəbər siyasətində dəqiqlik və operativlik prinsiplərini rəhbər tutur. Amma təkcə xəbərlə kifayətlənmir, həm də elm, tarix, mədəniyyət, səhiyyə məzmunlu yazılar yayımlamaqla bir kitabxana kimliyini də ortaya qoyur.

Bu gün dünyanın müxtəlif ölkələrindən oxucularımızdan zənglər, xoş mesajlar alırıqsa, deməli, bu yolda bizimlə addımlayanlar var.

Bu qlobal yolumuzda özümüzü, dostlarımızı və oxucularımızı təbrik edirəm!

Aqşin Evrən
Globalinfo.az-ın Baş redaktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri