Icma.az
close
up
RU
Noyabrın Zəfəri Gülər Mübariz yazır Yeni Çağ Media

Noyabrın Zəfəri Gülər Mübariz yazır Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

Gəldi ürəyimizin ahını da, “gözümüzün yaşını da, qəbrimizin daşını da” alan Noyabr. Aldı yurd həsrətimizi, nisgillərimizi, tarixə yazdırdı adını.

Bir ömürlük adını oxşayacağımız şəhidlər verdi; qardaş, oğul dediklərimiz. 2020-ci ildən bu yana rəmzini dəyişən noyabr ərəfəsindəyik yenə. Qəlblərdə sevinc qarışıq nisgil, qürur qarışıq özləmin olduğu ayda.

Nələr oldu bu ayda, gəlin birdə xatırlayaq.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyatlardan biri kimi düşdü.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi.

8 Noyabr tarixi ədalətin bərpa edildiyi “Zəfər Günü” kimi Azərbaycanın tarixinə silinməz izlərlə yazıldı.

Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı sərəncama əsasən ölkədə hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunmağa başladı.
Noyabrın 10-u isə ölkəmiz üçün bir başqa tarixi gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfərlə Ermənistanı masa arxasında oturmağa məcbur edən Azərbaycan prezidenti noyabrın 10-da imzalanan üçtərəfli bəyanat ilə Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini bütün dünyaya təsdiq etdi. Bununla da Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, müharibə zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, xalqımız qalib adı aldı.

Azərbaycan xalqının əzmi və iradəsi, döyüşkən ruhu, torpaq, Vətən sevgisi və xalq-iqtidar birliyi ilə ölkəmizin qələbəsinə addım-addım yaxınlaşdı. Zəngin dövlətçilik və hərb tarixinə söykənən, ondan güc alan Azərbaycan xalqı elə şanlı qəhrəmanlıq salnaməsi yazdı ki, bu tarixi zəfərlə Qarabağını canıyla,qanıyla geri qazandı.
Bu qələbəylə xalq olaraq birliyin gücünü bir daha öyrəndik, bir yumruq altında birləşən gücdən doğan zəfəri daddıq. Vətən eşqi yaşayırıq doğma Qarabağımızla; günü-gündən çiçəklənir ana torpağımız, yenidən qurulur dədə-baba yurdumuz.

Və qətiyyətlə deyə bilərik ki, bu amal üzrə Azərbaycanın qazandığı ədalətli qələbənin bölgədə yaratdığı reallıq regionda davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.

Yaşa, Azərbaycan, məğrur başın bir daha sinənə əyilməsin. Qurtuluşun mübarək, Vətən, zəfərimiz mübarək olsun, əziz xalqım. Şəhidimin önündə vəfa borcumuz, qazimizə hörmətimiz can durduqca tükənməz; haqqınızı halal edin, Vətən oğulları. Vətən sizə minnətdardır.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 06 Noyabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri