Icma.az
close
up
RU
Nüfuzlu alim və tanınmış iqtisadçı Rusiya pasportundan imtina edib

Nüfuzlu alim və tanınmış iqtisadçı Rusiya pasportundan imtina edib

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Mən açıq şəkildə Putin rejiminin müharibəsinə qarşı çıxan ləyaqətli insanların arasında olmaqdan şərəf duyuram..."

Rusiya alimi, Ali İqtisadiyyat Məktəbinin Marketinq Departamentinin elmi rəhbəri, Rusiya iqtisadi təhsil sisteminin yaradıcılarından biri, iqtisad elmləri doktoru İqor Lipsits Rusiya vətəndaşlığından imtina edib.

Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram kanal"ında yazıb.

Məlumatı "currenttime.ua" nəşri yayıb.

Məlumatda deyilir ki, o,

bu qərarını "xarici agent" məhdudiyyətlərinə əməl etməkdən imtina etməsi ilə izah edib.

"Artıq "xarici agent" nişanını yerləşdirməyə borclu deyiləm və bunu etməyəcəyəm. Amma "Rusiyanın xarici agenti" titulunu Vətənimin mənə verdiyi vida medalı kimi saxlayacağam, çünki bu, məni açıq şəkildə Putin rejiminin müharibəsinə qarşı çıxan və arasında çoxsaylı ləyaqətli insanların olduğu rusiyalılar dairəsinə daxil edib. Bu dairəyə aid olmağı şərəfli hesab edirəm", -  o, vurğulayıb.

Lipsits həmçinin Moskvanın Xamovniki Məhkəməsinin qərarını dərc edib. Məhkəmə ona Rusiyanın ictimai hakimiyyət orqanlarının qərarları haqqında fikirlərini yaymaqla "siyasi fəaliyyət göstərdiyi" üçün 30 min rubl cərimə kəsib.

Lipsits bunun üçün Ədliyyə Nazirliyindən özünü "xarici agent" kimi tanımağı xahiş etməyib. Bu cərimə 2024-cü ilin avqustundan bəri Lipsits üçün ikinci olub, bu da onun Rusiya vətəndaşı olaraq qalacağı təqdirdə Rusiya İstintaq Komitəsinə onun əleyhinə cinayət işi başlamaq imkanı verəcəkdi.

"Xarici agent ol ya olma, müharibəni maliyyələşdirmək üçün xəzinəyə pul ödəməlisən! Amma o pulları onlara verməyəcəyəm. Mən artıq Rusiya Federasiyası vətəndaşlığından çıxma prosedurunu rəsmi olaraq tamamlamışam və buna görə də Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsi və Xamovniki Məhkəməsinin qərarları mənim üçün əhəmiyyətli deyil", - deyə alim vurğulayıb.

İqor Lipsits Ali İqtisadiyyat Məktəbinin təsisçilərindən biridir. O, Rusiyada ilk dəfə 7-ci sinifdən 11-ci sinfə qədər tam iqtisadiyyat dərsliyi tsiklini hazırlayıb. Universitetlər üçün 3 dərsliyin və Rusiyanın aparıcı nəşriyyatları tərəfindən buraxılan çoxsaylı kitabların müəllifidir.

2024-cü ilin martında "xarici agentlər" reyestrinə daxil edilib. Daha sonra bu status səbəbindən onun iqtisadiyyat üzrə dərslikləri məktəb proqramından çıxarılmağa başlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Yanvar 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see223

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see194

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see190

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see167

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see162

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see162

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see159

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see156

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see139

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri