Icma.az
close
up
RU
Nümayəndə heyəti Azərbaycanın məhkəmə təcrübəsini Keniyada bölüşdü: elektron sistem, süni intellektin tətbiqi…

Nümayəndə heyəti Azərbaycanın məhkəmə təcrübəsini Keniyada bölüşdü: elektron sistem, süni intellektin tətbiqi…

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Keniya Ali Məhkəməsinin sədri xanım Marta Koomenin dəvəti ilə fevralın 3-dən 5-dək bu ölkədə rəsmi səfərdə olub.

Bizimyol.info xəbər verir ki, səfərin ilk günü Keniya Ali Məhkəməsində görüş keçirən nümayəndə heyəti Azərbaycanda məhkəmə sahəsində aparılan islahatlar barədə ətraflı məlumat verib. Azərbaycan məhkəmə sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, ədalət mühakiməsinə əlçatanlığın artırılması və vahid məhkəmə təcrübəsinin genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Qeyd edilib ki, hazırda məhkəmələrdə xidmətlərin elektronlaşdırılması sahəsində mütəmadi tədbirlər həyata keçirilir, eləcə də süni intellektin tətbiqi istiqamətində işlər gücləndirilir.

Görüşdə həmçinin Azərbaycan Ali Məhkəməsinin təşəbbüsü ilə “Elektron məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində görülən işlərlə bağlı geniş təqdimat keçirilib. Ölkəmizin məhkəmə təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb.

Xanım Marta Koomenin isə öz növbəsində Keniya məhkəmə sisteminin fəaliyyəti, rəqəmsallaşma, proseslərin təşkilində informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə məlumat verib. İki ölkənin məhkəmə sistemi arasında qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Səfər zamanı nümayəndə heyəti Keniyanın əsas məhkəmə institutlarına, o cümlədən Milimani Məhkəmələr Kompleksindəki Milli Transkripsiya Mərkəzi və İnzibati Məhkəmə Xidmətləri Mərkəzinə baş çəkib. Həmçinin Transsərhəd və Terrorla Mübarizə sahəsində ixtisaslaşmış Kahava Məhkəməsi ziyarət olunub, Keniya Vəkillər Kollegiyasının rəhbər şəxsləri ilə görüş keçirilib. Məhkəmə-hüquq sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Nümayəndə heyəti Azərbaycan Respublikasının Nayrobidəki səfirliyini də ziyarət edib.

Qeyd edək ki, görüşlərdə Azərbaycanım Keniyadakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Fevral 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri