Icma.az
close
up
RU
Nümunəvi dövlət kitabxanalarının sayı çox azdır Nazir

Nümunəvi dövlət kitabxanalarının sayı çox azdır Nazir

Icma.az, Modern.az saytına istinadən bildirir.

“Bu gün ölkəmizdə nümunəvi göstərə biləcəyimiz dövlət kitabxanalarının sayı çox azdır”.

Modern.az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov naşirlər və yazarlarla görüş zamanı deyib.

“Nazirlər Kabinetinin 136 nömrəli qərarı ilə təsdiqlənmiş siyahıya baxsaq, ölkədə təxminən 3 400 kitabxananın olduğunu görərik. Təklif olunan kitabxanaların optimallaşdırma modeli də məhz mövcud vəziyyəti dəyişdirməyə yönəlib”, - nazir müavini bildirib.

Qeyd edilib ki, təqdim olunan hesabata görə, kitabxanaların 90 faizdən çoxu bina, struktur, xidmət sahəsi və digər göstəricilər baxımından beynəlxalq standartlara cavab vermir.

Vurğulanıb ki, kitabxana sistemində peşəkar kadr çatışmazlığı da əsas problemlərdən biri kimi göstərilir. Sistemdə çalışan işçilərin 7,7 faizinin ixtisas təhsilli olduğu bildirilir.

Məlumata əsasən, kitabxana fondunun 57,6 faizi kiril qrafikasındadır, fondun 4 faizini elmi, 8 faizini isə uşaq ədəbiyyatı təşkil edir. Hazırda kitabxanaların yalnız 20 faizində internet təminatı var. Kitabxanaların 96 faizində isə avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi tətbiq olunmayıb. Ölkə üzrə kitabxanaların ümumi kitab fondu 18 894 915 nüsxə təşkil edir. Kitabxanalarda qeydiyyatdan keçmiş oxucuların sayı isə 954 260 nəfərdir. Aparılan monitorinqlər zamanı əməyin müvafiq ödəniş qrupları üzrə tələbləri qarşılamaq üçün bəzi kitabxanalar tərəfindən faktiki fond və real oxucu sayının təqdim olunmadığı hallar da aşkar edilib.

Azərbaycan dilində olan kitabların böyük hissəsi hələ də kiril qrafikasındadır. Belə ki, Azərbaycan dilindəki kitabların 9 202 186 nüsxəsi və ya 57,6 faizi kiril, 6 777 138 nüsxəsi və ya 42,4 faizi latın qrafikasındadır.

Yeni sistem çərçivəsində isə ictimai kitabxanaların IFLA standartlarına uyğun formalaşdırılması nəzərdə tutulur. Kitabxana xidmətlərinin avtomatlaşdırılması və elektron xidmətlərin göstərilməsi, həmçinin elektron kitabxana xidmətinin tətbiqi planlaşdırılır. Bununla kitabxananın hər kəs üçün mobil telefonda əlçatan olması nəzərdə tutulur.

Yeni modeldə kitabxanaların müasir standartlara uyğun oxu zalı və mədəni fəaliyyət mərkəzinə çevrilməsi, kitab fondunun IFLA standartlarına uyğun komplektləşdirilməsi planlaşdırılır.

Bundan başqa, yalnız şəxsiyyət vəsiqəsi ilə sistemin bütün kitabxanalarından istifadənin mümkün olması, səyyar kitabxana xidməti vasitəsilə bütün inzibati ərazi vahidləri üzrə kitabxana xidmətinin göstərilməsi nəzərdə tutulur.

Yeni sistem maksimum əlçatanlığın təmin edilməsini və kitabxana xidmətindən 24 saat istifadə imkanının yaradılmasını da nəzərdə tutur.

İnklüziv oxucular üçün ayrıca kitabxana xidmətlərinin yaradılması, o cümlədən audio kitabların, Brayl əlifbasında nəşrlərin və ünvana çatdırılma xidmətinin təşkili planlaşdırılır.

Eyni zamanda, açıq rəf sisteminin və elektron kitab sifarişinin tətbiqi, daha yüksək əməkhaqqı və sistematik iş fəaliyyətinin təmin edilməsi yeni kitabxana modelinin əsas istiqamətləri sırasında göstərilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Avqust 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri