Icma.az
close
up
RU
Nura Surinin qiyamına daha bir nəfər qoşuldu: “Mədəniyyət Nazirliyi niyə belə edir?”

Nura Surinin qiyamına daha bir nəfər qoşuldu: “Mədəniyyət Nazirliyi niyə belə edir?”

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aktyor Sənan Əlləz Mədəniyyət Nazirliyindən narazılığını dilə gətirib.

"Yeni Sabah" yazır ki, o, "Facebook" hesabında yazıb:

“Mədəniyyət Nazirliyi və ARKA niyə belə edir? Fotolardan da göründüyü kimi, 2014-cü ildən etibarən Azərbaycanla yanaşı xarici ölkələrdə də çəkilirəm. Türkiyə, Gürcüstan, Rusiya və Özbəkistan. Bu 11 ildə hər şeyi özüm etmişəm və təbii ki, şəxsi agentim Səbuhi Məmmədov...

Uzun-uzadı danışıqlar, vəsait xərcləyərək çəkib göndərdiyimiz sınaq çəkilişləri, PR və s. və ilaxır. Heç kimdən də heç nə ummamışam, istəməmişəm. Ölkəmi və dövlətimi də layiqincə təmsil etmişəm bir aktyor, bir sənətçi kimi. 11 ildə olduğum hər yerdə kinomuzu tək canıma təbliğ etmişəm. Amma və lakin son zaman gördüklərim məni ciddi narahat edir və suallar doğurur. Mədəniyyət Nazirliyi və ARKA (Azərbaycan Respublikası Kino Agentliyi) dayanmadan xarici ölkələrdə kino günləri və kino ilə bağlı tədbirlər keçirir. Yaxşı edir, görək nəticəsi nə olacaq, gözləyək... Lakin ölkəsində tək-tük xaricdə çəkilən aktyor var ki, onları biz nədənsə həmin tədbirlərdə görmürük. Niyə?

bu il Tiflisdə kino ilə bağlı tədbir keçirildi. Mən 2016-da Gürcüstanda baş rolda çəkilmişəm. Təbii ki, mənimlə bərabər digər aktyor həmkarkarım da çəkilib. Suallarım var. Niyə bu filmdən heç kim ora dəvət olunmadı?  O kinodan kimləri dəvət etmisiniz ora? Gürcüstanda neçə Azərbaycan filmi çəkilib? Gürcüstanla Azərbaycanın nə qədər film əlaqələri var ki, əgər bu körpü hələ ki, "Köşk"dən ibarətdirsə?

Türkiyədə tədbirlər olur. "Qorqud ata" festivalı və digər kino ilə bağlı görüşlər, tədbirlər və s. Niyə bu gün Azərbaycanda görünən, əsas işi olan aktyorları aparmırsınız? Siz blogerlərdən başqa heç kimi tanımırsınız? Mən gedənlərə heç nə demirəm, yaxşı edirlər, amma niyə onların yanında digərlərini görmürsünüz? Deyə bilərsiniz ki, bəlkə, xəbərləri yoxdur? Var!

1 ay əvvəl ARKA-dan zəng etdilər ki, Türk dünyasında çəkilən aktyor kimi adınızı qeyd edirik. Dedim, gün ha tərəfdən çıxıb? Amma bir az keçdi və nəticə onu göstərdi ki, "gün yenə də çıxmayıb". Deməli, noyabrın 12-dən Daşkənddə Azərbaycan kino günləri keçirilir. Mənə özbək rejissor dostum zəng edib ki, niyə yoxsan? Axı müstəqil Azərbaycan tarixində Özbəkistanda çəkilən hələ ki, yeganə aktyor sənsən.

2025-ci ildə, yəni, bu il mən Özbəkistanda "Cənab prokuror" filmində baş rolda çəkildim, bir də qeyd edim ki, özbək rolunu ifa etdim. Filmin rejissoru Rüstəm Saqdiyev, ssenari müəllifi Nadir Şəmsdir. İndi soruşuram, sizcə, mən Azərbaycan kino günlərində iştirak etməyə laiq deyiləm? Mən ölkə kinosunun ordakı simasıyam. Necə düşünürsünüz, sizin borcunuz deyilmi məni ora dəvət etmək? Mənə maraqlıdır, Azərbaycan aktyoru başqa nə etməlidir ki, xaricdə keçirilən mədəniyyət və kino günlərində, öz peşəsi ilə bağlı tədbirlərdə öz ölkəsini təmsil etsin? Ümumiyyətlə, siz xaricə sənət adamlarını aparanda hansı kriteriyalarla aparırsınız? Nə vaxta qədər şəxsi münasibətlər zəmnində, şəxsi çevrələrin seçdiyi adamlar gedəcək? Nə vaxt sənət adamına obyektiv gözlə baxacaqsınız? Kriteriyalar nədir?

Mənə onu deyin. Hansı kriteriyalara kimlərsə cavab verir, biz cavab vermirik? Bir də seçənlər kimdir, təsdiq edənlər kimdir? Bu da maraqlıdır. Kim seçir, kim təsdiq edir bu adamları? Və təsdiqləyən adamların sualı yaranmırmı, niyə bu, niyə o? Qeyd edim ki, mən öz ölkəmizdə də az iş görməmişəm. 15 bədii filmdə əsas və baş rolları oynamışam. Bu il baş rollardan birini canlandırdığım "Tağıyev: Çar" və "Tağıyev: Sona" filmlərinin premyerası olub və bu filmlər hazırda ölkənin bütün kinoteatrlarında yayımdadır.

Rusiyanın NTV kanalında mən və digər Azərbaycanlı həmkarlarımın çəkildiyi "Konstantinopol" çoxserialı bədii filminin bir neçə gün əvvəl premyersı oldu və hazırda nümayiş olunur. Perspektivdə yenə xarici layihələr var. Çəkilmişəm, çəkilirəm yenə də çəkiləcəyəm.

Hazırda iki televiziya serialında eyni anda çəkilirəm, Dövlət televiziyasında intellektual veriliş aparıram. Azərbaycan Radiosunun Ali dərəcəli Diktoruyam. Hətta öz sosial şəbəkə səhifələrimdə mən Azərbaycanın tarixi şəxsiyyətləri, mədəniyyəti ilə bağlı bloq aparıram. Siz sağ mən salamat İndi siz deyin! Onu bağışlamaq olarmı?”


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Noyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri