Nuran Abdullayev: Bakıda alman həkimlərlə keçirdiyimiz konfrans böyük uğurların başlanğıcıdır
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Bir şəhərin gücü təkcə onun möhtəşəm binaları ilə deyil, daha çox düşünən beyinləri və birgə çalışan işgüzar barmaqları ilə ölçülür.
Bakıda İnsult üzrə Beynəlxalq elmi-praktik konfransı keçirdik. Bu, bizim komanda üçün sadəcə bir konfrans deyildi — gələcəyin səhiyyəsinin konturlarının çəkildiyi, biliklərin bölüşüldüyü və beynəlxalq etimadın qurulduğu bir platforma idi.
Almaniyadan komandamızın tərkibində olan 3 klinika direktoru və bir neçə yüksək ixtisaslı həkim Bakıya gələrək burada mövcud potensialı bir daha yerində gördülər. Hansı mərkəzlər artıq bu gün beyin damar müdaxilələrini icra edə bilir, hansı klinikalar beynəlxalq standartlara uyğun inkişaf yolundadır və ən önəmlisi, Azərbaycanın insult müalicəsində regional liderə çevrilməsi üçün hansı addımlar atılmalıdır – bu məsələləri səfər çərçivəsində müzakirə etdik.
Bu görüşlər bir daha göstərdi ki, səhiyyə sahəsində Bakını sadəcə izləyən deyil, formalaşdıran, təşəbbüs göstərən və standart müəyyən edən şəhərə çevirməyin vaxtıdır.
Mənim üçün xüsusi qürurverici məqam isə Almaniya ilə Azərbaycan arasında qurduğumuz bu elmi və klinik körpünün artıq real nəticələr vermə potensialını görmək idi. Bu, yalnız tibbin inkişafı deyil. Bu, bir millətin potensialının dünyaya nümayiş etdirilməsidir.
Bu gün Bakıda gördüyümüz motivasiya, enerji və vizyon bir daha sübut etdi ki, gələcək artıq uzaqda deyil — o, Bakıda qurula bilər. Bu, növbəti böyük uğurların başlanğıcıdır.
Well done, Baku — bu, sadəcə bir başlanğıcdır. Ən güclü səhifələr isə hələ yazılmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 14 Fevral 2026 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















