Icma.az
close
up
RU
Nuranənin qayınatası atasını hədələyib: 16 yaşlı gəlin borcun QURBANI OLUB Toy GÖRÜNTÜLƏRİ YAYILDI

Nuranənin qayınatası atasını hədələyib: 16 yaşlı gəlin borcun QURBANI OLUB Toy GÖRÜNTÜLƏRİ YAYILDI

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Sabirabad rayonunda 16 yaşlı gəlinin həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar məlum olub.

Oxu.Az-ın məlumatına görə, Seyidrəsul Talıbzadə 2009-cu il təvəllüdlü Nuranəni ötən il qaçırıb. Əvvəlcə qızın atası onların evlənməsinə razı olmayıb. S.Talıbzadənin atasının təkidindən sonra qız anasının vasitəsilə qoşulub qaçıb. Qızın atası onun arxasınca getsə də, qızı geri qaytara bilməyib.

Məlumata görə, S.Talıbzadənin ailəsi Sabirabadda ağır seyidlərdən sayılır və tikinti biznesi ilə məşğuldur. Rayon ictimaiyyəti onu "Mirmövsüm ağa" kimi tanıyır və hörmət edirmiş. Qızın atasının isə S.Talıbzadənin atası Mirmövsüm Talıbova borcu olub. Buna görə də qızın atası İlkin Ələsgərov qızını geri ala bilməyib.

Məlumatda o da qeyd edilir ki, hadisədən bir həftə əvvəl S.Talıbzadə ilə Nuranə arasında mübahisə olub. Mübahisə isə rəsmi nikaha görə olub. Belə ki, Seyidrəsul Nuranə ilə söhbət edərkən ona: "Səni istədiyim vaxt çıxarıb küçəyə ata bilərəm, heç kim də mənə heç nə edə bilməz", - deyib. 16 yaşlı gəlin isə bu söhbətdən sonra S.Talıbzadədən rəsmi nikah tələb edib. S.Talıbzadə gəlinlə razılaşmayıb və ona dini kəbinin olduğunu deyib. Nəticədə qadın evi tərk edərək Şirvan şəhərinə - atasının evinə gedib. S.Talıbzadə və atası M.Talıbov bir neçə gün gəlini evə qaytarmaq üçün gəlsələr də, qızın atası buna razılıq verməyib. Sonuncu dəfə yox cavabı alan oğlanın atası İ.Ələsgərovdan borcunu tələb edib və ona bir gün vaxt qoyaraq evi tərk edib. Həmin gün axşam saatlarında S.Talıbzadə Nuranəni hədə-qorxu ilə götürüb Sabirabada, öz evinə gətirib.

Hadisədən üç gün sonra isə 16 yaşlı gəlin xüsusi amansızlıqla öldürülüb. Qadının meyiti bir gün evdə saxlandıqdan sonra izi itirmək üçün Kür çayına atılıb. Daha sonra qızın atasına məlumat verilib.

Məlumatda o da bildirilir ki, 2009-cu il təvəllüdlü qız qoşulub qaçandan sonra onun atası anasından ayrılıb.

Sosial şəbəkələrdə onların toy görüntüləri də yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Aqil Vəlili

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 May 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri