Icma.az
close
up
RU
Qayınatası atasını hədələyib: 16 yaşlı gəlin borcun qurbanı olub Toy görüntüləri yayıldı / Təfərrüat

Qayınatası atasını hədələyib: 16 yaşlı gəlin borcun qurbanı olub Toy görüntüləri yayıldı / Təfərrüat

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabirabad rayonunda 16 yaşlı gəlinin həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar məlum olub.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, Seyidrəsul Talıbzadə 2009-cu il təvəllüdlü Nuranəni ötən il qaçırıb. Əvvəlcə qızın atası onların evlənməsinə razı olmayıb. S.Talıbzadənin atasının təkidindən sonra qız anasının vasitəsilə qoşulub qaçıb. Qızın atası onun arxasınca getsə də, qızı geri qaytara bilməyib.

Məlumata görə, S.Talıbzadənin ailəsi Sabirabadda ağır seyidlərdən sayılır və tikinti biznesi ilə məşğuldur. Rayon ictimaiyyəti onu “Mirmövsüm ağa” kimi tanıyır və hörmət edirmiş. Qızın atasının isə S.Talıbzadənin atası Mirmövsüm Talıbova borcu olub. Buna görə də qızın atası İlkin Ələsgərov qızını geri ala bilməyib.

Məlumatda o da qeyd edilir ki, hadisədən bir həftə əvvəl S.Talıbzadə ilə Nuranə arasında mübahisə olub. Mübahisə isə rəsmi nikaha görə olub. Belə ki, Seyidrəsul Nuranə ilə söhbət edərkən ona: “Səni istədiyim vaxt çıxarıb küçəyə ata bilərəm, heç kim də mənə heç nə edə bilməz”, – deyib. 16 yaşlı gəlin isə bu söhbətdən sonra S.Talıbzadədən rəsmi nikah tələb edib. S.Talıbzadə gəlinlə razılaşmayıb və ona dini kəbinin olduğunu deyib. Nəticədə qadın evi tərk edərək Şirvan şəhərinə – atasının evinə gedib. S.Talıbzadə və atası M.Talıbov bir neçə gün gəlini evə qaytarmaq üçün gəlsələr də, qızın atası buna razılıq verməyib. Sonuncu dəfə yox cavabı alan oğlanın atası İ.Ələsgərovdan borcunu tələb edib və ona bir gün vaxt qoyaraq evi tərk edib. Həmin gün axşam saatlarında S.Talıbzadə Nuranəni hədə-qorxu ilə götürüb Sabirabada, öz evinə gətirib.

Hadisədən üç gün sonra isə 16 yaşlı gəlin xüsusi amansızlıqla öldürülüb. Qadının meyiti bir gün evdə saxlandıqdan sonra izi itirmək üçün Kür çayına atılıb. Daha sonra qızın atasına məlumat verilib.

Məlumatda o da bildirilir ki, 2009-cu il təvəllüdlü qız qoşulub qaçandan sonra onun atası anasından ayrılıb.

Sosial şəbəkələrdə onların toy görüntüləri də yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 May 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see279

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see256

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see251

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see207

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see151

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see141

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see138

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see134

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see133

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see133

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see132

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see131

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see131

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see126

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see126

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see123

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see121

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see121

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see119

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri