Icma.az
close
up
RU
Nuriyev: İranla müharibə yorucu formatda davam edəcək

Nuriyev: İranla müharibə yorucu formatda davam edəcək

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İranda hələ Səlcuqlar dövründən formalaşmış əvəzləmə sistemi mövcuddur. Vəzifədə olan bir şəxsin 3, bəzən 4 əvəzləyicisi olur. Həmin şəxsin başına bir iş gəldikdə, növbəsi çatan şəxs onu əvəz edir. Bu baxımdan dünən öldürülən Əli Laricanini də kimsə əvəz edəcək. Məsələn, əgər onu Cəlili əvəzləsə, bu daha pis variantdır, çünki o, daha mühafizəkar mövqedədir. Yəni ABŞ və İsrailin birgə fəaliyyəti nəticəsində İranda nə qədər yüksək vəzifəli şəxs öldürülsə, onun yerinə daha mühafizəkar biri gələcək”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev İran Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ABŞ-İsrail əməkdaşlığı nəticəsində öldürülməsi ilə bağlı danışarkən deyib.

Professor bildirib ki, Əli Laricaninin qızı ABŞ-da həkimdir və elmlər doktorudur:

“Bu baxımdan ailənin Qərblə müəyyən əlaqələri var idi. Həm də İranda bir-iki yüksək vəzifəli şəxsin öldürülməsi ilə məsələ həll olunmur. Dövlətdə əsas rolu sistemi idarə edən kadrlar oynayır”.

Cümşüd Nuriyevin fikrincə, hadisələr göstərir ki, Donald Tramp və Benyamin Netanyahu dövlət idarəçiliyi məsələsində o qədər də peşəkar deyillər:

“Tramp biznesmendir və tez-tez bir-birinə zidd fikirlər səsləndirir. Netanyahu isə daha çox siyasi manipulyator kimi qiymətləndirilir. Odur ki, bu cür davam edərsə, İranda ciddi dəyişiklik baş verməyəcək”.

Nuriyev ehtimal edir ki, Ramazan bayramından sonra İranın hücumları daha da güclənə bilər:

“Hazırda orucluq ayıdır. Bir neçə gündən sonra Ramazan başa çatacaq. İran bayramın bitməsini gözləyir, çünki dini amillər onlar üçün önəmlidir və bayram günlərində qan tökülməsi müsbət qarşılanmır. Bayramdan sonra İsrailə və bölgədəki ABŞ bazalarına daha sərt hücumlar ola bilər. Nəzərə almaq lazımdır ki, İranın 90 milyona yaxın əhalisi var və indiyədək təxminən 2 min insan həyatını itirib. Hər ölüm faciədir, lakin belə böyük müharibələr üçün bu rəqəm yüksək sayılmır”.

Professorun fikrincə, ABŞ siyasi baxımdan uduzan tərəfdir:

“Müharibənin uzanması ABŞ-a baha başa gələcək. Artıq 19 gündür müharibə davam edir və bu, bir-iki ay da uzansa, ABŞ milyardlarla dollar itirəcək. Uzunmüddətli müharibə ABŞ üçün yorucudur. İranın isə bu sahədə təcrübəsi var. Məsələn, İran-İraq müharibəsi 8 il davam edib. Səddam Hüseynin ordusu demək olar ki, Həmədana qədər irəliləmişdi. Lakin İran onları geri çəkilməyə məcbur etdi və hətta İraq ərazisinə daxil oldu. Bu baxımdan uzunmüddətli müharibə İran üçün daha əlverişli görünür”.

Nuriyev qeyd edib ki, hazırda müharibədə nüvə silahının tətbiqi ilə bağlı iddialar səslənsə də, bu, ciddi yanaşma deyil:

“Nüvə silahı daha çox İrana qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Çünki belə bir silahın tətbiqi təkcə İranı deyil, bütün regionu - Türkiyə, Pakistan, İraq və digər ölkələri də ciddi təhlükə ilə üz-üzə qoya bilər. Əlbəttə, Netanyahu belə bir addım ata bilər, lakin ABŞ buna razı olmaz. Buna görə də müşahidələr göstərir ki, müharibə hazırkı gərgin və yorucu formatda davam edəcək”.

Nemət ORUCOV

Reyting.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://reyting.az
archiveBu xəbər 18 Mart 2026 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri