Icma.az
close
up
RU
Nurlana Mustafayeva: Balkan regionu üzrə mütəxəssislərə ehtiyac artır MÜSAHİBƏ

Nurlana Mustafayeva: Balkan regionu üzrə mütəxəssislərə ehtiyac artır MÜSAHİBƏ

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 fevral, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) Balkanşünaslıq kafedrasının müdiri filologiya elmləri doktoru Nurlana Mustafayeva AZƏRTAC-a müsahibəsində kafedranın yaradılma məqsədi, fəaliyyət istiqamətləri, elmi tədqiqatları və gələcək hədəfləri barədə danışıb. O, Azərbaycanın Balkan ölkələri ilə artan əməkdaşlığı fonunda bu region üzrə mütəxəssis hazırlığının əhəmiyyətini vurğulayıb. Müsahibəni təqdim edirik.

- Nurlana xanım, Balkanşünaslıq kafedrasının yaradılmasının məqsədi nədir?

- BSU-da Balkanşünaslıq kafedrasının yaradılmasını bir neçə amil zəruri edir. İlk növbədə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirilən uğurlu xarici siyasət bu gün daha da genişlənir və yeni coğrafiyaları əhatə edir. Belə coğrafiyalardan biri məhz Balkan yarımadasıdır. Balkan yarımadasının məlum əlverişli coğrafiyası və strateji mövqeyi var. Azərbaycanın Balkan ölkələri ilə siyasi-diplomatik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığı var. Həmin ölkələrlə əlaqələr genişlənir. Məhz bu baxımdan Balkan dillərini bilən, Balkanların tarixini, coğrafiyasını, ədəbiyyatını, mədəniyyətini, incəsənətini, etnoqrafiyasını dərindən mənimsəyən kadrlara, mütəxəssislərə ehtiyac var. Bu səbəbdən BSU-da 2024-cü il mayın 27-də Balkanşünaslıq kafedrası yaradılıb. Balkanşünaslıq kafedrası Balkan dilləri və ədəbiyyatlarının öyrədilməsi üzrə ölkədə ilk və tək kafedradır.

- Kafedra daha çox hansı ölkələrin mədəniyyəti, dili və tarixi ilə bağlı tədqiqatlar aparır?

- Balkan dillərinə əsasən bolqar, yunan, türk, alban, Serb, rumın, xorvat və digər dillər aiddir. Hazırda Kafedrada bolqar, yunan və türk dilləri tədris olunur. Regionşünaslıq ixtisasında Türkiyə, Bolqarıstan, Yunanıstan, Balkanlar regionları üzrə, tərcümə ixtisasında Azərbaycan-bolqar, Azərbaycan-yunan dilləri üzrə kadrlar hazırlanır. Tələbələr Balkan regionunun dilləri ilə yanaşı, mədəniyyəti, ədəbiyyatı, etnoqrafiyası, coğrafiyası və tarixini də öyrənirlər. Mütəmadi olaraq, onlar Balkan ölkələrinin ədəbiyyatı, mədəniyyət və incəsənəti, etnoqrafiyası ilə bağlı tədqiqatlara, araşdırmalara, xüsusi layihələrə cəlb edilirlər.

- Azərbaycanda Balkan ölkələrinə maraq hansı səviyyədədir? Gənclər bu regionu öyrənməyə nə dərəcədə maraqlıdır?

- Gənclərin Balkan ölkələrinə marağı böyükdür. Səbəblər isə müxtəlifdir. İlk olaraq, “Qafqazın incisi” adlandırılan Azərbaycanla, “Avropanın Qafqazı” adlandırılan Balkanların demək olar ki, bənzər tarixi keçmişi, mədəniyyəti, adət-ənənələrinin olduğunu qeyd etməliyəm. Bu məqam tələbələrin Balkan coğrafiyasına olan marağını artırır. Kafedrada fəaliyyət göstərən dil daşıyıcısı müəllimlər müqayisəli şəkildə araşdırmalara tələbələri cəlb edərək bu marağı daha da artırırlar. Məsələn, “Azərbaycanda qeyd olunan Novruz bayramı və Albaniyada qeyd olunan Novruz bayramının bənzər və fərqli cəhətləri” mövzusu kimi tapşırıqlar tələbələrin marağına səbəb olur. Bu maraqdan yaranan həvəs tələbələrin Balkan dillərini, mədəniyyətini, etnoqrafiyasını, ədəbiyyatını, tarixini və s. öyrənmələrinə səbəb olur.

- Azərbaycanlı tələbələr üçün Balkan ölkələrində təhsil almaq və ya mübadilə proqramlarında iştirak etmək imkanları varmı?

- BSU Slavyan dillərinin öyrədilməsi üzrə regionun bir nömrəli universitetidir. BSU-nun digər regionlarla olan sıx əməkdaşlıqları ilə yanaşı Balkan universitetləri ilə də əlaqələri var və genişlənməkdədir. Hazırda Bolqarıstan, Türkiyə, Şimali Makedoniya, Serbiya, Rumıniya, Albaniya və digər Balkan ölkələrinin müxtəlif universitetləri ilə əməkdaşlıqlar inkişaf etdirilməkdədir. Məsələn, BSU-nun müvafiq ixtisaslar üzrə təhsil alan tələbələri ilə yanaşı müəllim heyəti hər il Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində, Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnova Universitetində keçirilən yay məktəblərində, müxtəlif təcrübə proqramlarında iştirak edir.

BSU-da fəaliyyət göstərən mərkəzlərin tələbələrin yaxşı mütəxəssislər olaraq hazırlanmasında xüsusi rolu var. BSU-da Bolqarıstan Tədris-Mədəniyyəti Mərkəzi, Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzi, Türk Araşdırmaları Tədris-Mədəniyyət mərkəzi fəaliyyət göstərməkdədir. Bu mərkəzlərin əsas fəaliyyət istiqaməti Balkan ölkələri üzrə hazırlanan tələbələrin daha geniş və dərin biliklərə sahib olmasına dəstək verməkdir. Qarşılıqlı olaraq da Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərməkdədir. Bu Mərkəzdə bolqar tələbələrə Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan multikulturalizmi fənləri tədris olunmaqdadır. Qeyd edim ki, sadəcə azərbaycanlı tələbələr Bolqarıstanda mübadilə proqramlarına qoşulmur, eyni zamanda, Sofiya Universitetinin tələbələri mütəmadi olaraq BSU-da təcrübə proqramlarına qatılırlar. Bir neçə ay öncə bolqar tələbələr BSU-da Türkologiya və Azərbaycan dili kafedralarında təcrübəyə cəlb olundular, onlara müvafiq fənlər tədris olundu və bolqar tələbələrlə azərbaycanlı tələbələr birlikdə mədəniyyət günləri təşkil etdilər.

- Kafedranızda elmi araşdırmalar həyata keçirilirmi? Əsas mövzular hansılardır?

- Kafedramızın əməkdaşları uzun illərdir ki, bolqar, yunan və türk dillərini tədris edirlər. Onlar təkcə tədris prosesi ilə deyil, eyni zamanda, elmi tədqiqat işləri ilə məşğuldurlar. Aparılan elmi tədqiqatlar nəticəsində sanballı elmi əsərlər hazırlayırlar. Əsas mövzular Balkan dillərinin filoloji məsələləri, ədəbiyyat, mədəniyyət və incəsənət, etnoqrafiyalarını əhatə edir.

- Balkan dilləri və mədəniyyətləri ilə bağlı yerli və beynəlxalq konfranslar, seminarlar təşkil edirsinizmi?

- Ötən ilin iyun ayında universitetdə Azərbaycanda ilk dəfə olaraq “Beynəlxalq Balkanşünaslıq Tədqiqatları” konfransı keçirildi. Bu konfransa Albaniya, Şimali Makedoniya, Serbiya, və Bolqarıstandan professorlar qatıldılar. Konfransın əsas mövzusu Azərbaycan ilə Balkan ölkələri arasında ədəbi-mədəni əlaqələrin öyrənilməsi idi. Həmçinin sentyabrda BSU-da “Azərbaycan-Bolqarıstan filoloji əməkdaşlığı: problemlər və imkanlar” mövzusunda Sofiya Universitetindən gələn nümayəndə heyəti ilə birlikdə dəyirmi masa təşkil olunaraq fikir mübadiləsi aparıldı. Dekabrda Şimali Makedoniya Müqəddəs Kiril və Mefodi Universiteti Filologiya fakültəsi Türk dili və ədəbiyyatı kafedrasının müdiri Osman Emin BSU-nun regionşünaslıq ixtisasında Türkiyə və Balkanlar regionu üzrə təhsil alan tələbələrinə onlayn olaraq “Keçmişdən günümüzə qədər Şimali Makedoniya” mövzusunda mühazirə oxuyub, tələbələrin suallarını cavablandırıb, onlarla fikir mübadiləsi apardı.

- Balkan dillərinin tədrisində hansı resurs və metodologiyalardan istifadə olunur?

- Tədris prosesində türk, yunan, bolqar dilləri üzrə müvafiq dərsliklərdən, ədəbiyyatlardan istifadə olunur. Bolqar, yunan və türk dillərində müxtəlif səviyyələr üçün dərs vəsaitləri istifadə olunur. Kafedranın yunan və bolqar dili mütəxəssisləri azərbaycanlı tələbələr üçün Azərbaycan dilində müxtəlif səviyyələr üzrə dərs vəsaitləri hazırlayırlar. Dərs vəsaitləri ilə yanaşı, əməkdaşlar monoqrafiyalar da hazırlayırlar. Məsələn, bolqar dili mütəxəssisi tərəfindən “Bolqar xalq nağılları” Azərbaycan dilinə tərcümə edilib, yunan dili mütəxəssisləri tərəfindən “Azərbaycanca-yunanca, yunanca-Azərbaycanca danışıq kitabçası” hazırlanıb, türk dili mütəxəssisləri tərəfindən “İxtisas ölkəsinin dili (Türk dili)” dərs vəsaiti, “Türkcə oxu mətnləri” hazırlanaraq çap olunub. Eyni zamanda, kafedra əməkdaşları tələbələrlə birlikdə layihələr həyata keçirirlər ki, bu layihələr tədris prosesində əlavə ədəbiyyatlar olaraq istifadə olunur. Məsələn, yunan dili mütəxəsissləri müxtəlif kurslardan tələbələrlə birlikdə “Dahi yunan şairi Kavafisin seçilmiş şeirləri”ni Azərbaycan dilinə tərcümə edərək tədris prosesində də istifadə olunacaq faydalı bir ədəbiyyat ərsəyə gətiriblər.

Balkanşünaslıq kafedrasında azərbaycanlı mütəxəssislərlə yanaşı bolqar və yunan dil daşıyıcısı müəllimlər də fəaliyyət göstərməkdədir. Bildiyimiz kimi, xarici dili birbaşa dil daşıyıcısından eşitmək o dilin öyrənilməsini daha effektiv edir. Bolqar və yunan dil daşıyıcısı müəllimlərin öz dillərini müxtəlif metodologiyalarla tələbələrimizə mənimsətmələri onların gələcəkdə yaxşı mütəxəssis olmalarında müəyyən rol oynayacaq.

- Hazırda bu dillərin tədrisi üçün kifayət qədər kadr varmı?

- BSU-da bolqar, yunan və türk dilləri, qeyd etdiyim kimi, uzun illərdir tədris olunur. Kafedrada bu dilləri tədris edən ixtisaslaşmış müəllimlərimiz fəaliyyət göstərir. Amma təbii olaraq, biz bununla kifayətlənməyib yeni kadrların hazırlanması üçün çalışırıq.

- Balkan dilləri və mədəniyyətini daha geniş kütlələrə tanıtmaq üçün hansı yeni təşəbbüsləri həyata keçirməyi düşünürsünüz?

- Balkan ölkələri ilə Azərbaycanın tarixi və mədəni əlaqələri ilə yanaşı, hazırda starteji, siyasi, iqtisadi, təhlükəsizlik, enerji və hərbi sahələrdə də geniş əlaqələri mövcuddur. Qeyd etdiyim ki, Balkan regionu “Avropanın Qafqazı” adlandırılır. Məhz bu baxımdan düşünürük ki, Balkan ölkələri Azərbaycanda tanınmalı, müxtəlif tədiqatlara cəlb olunmalıdır. Qarşılıqlı şəkildə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və tarixi də Balkan ölkələrində tanıdılmalıdır.

Kafedra olaraq Balkan mədəniyyətini geniş kütlələrə tanıtmaq üçün həmin ölkələrin alimləri ilə müxtəlifyönlü layihələrimiz var. Belə layihələrdən biri türkiyəli professor Osman Eminin Azərbaycan dilinə tərcümə olunaraq mətbuatda dərc olunan “Balkan türk ədəbiyyatında türklük və türk dünyası” elmi məqaləsidir.

- Balkanşünaslıq kafedrasının yaxın gələcək üçün əsas hədəfləri və planları hansılardır?

- Hədəfimiz Balkan ölkələrinin dillərini dərindən mənimsəyən, Balkan ölkələrinin ədəbiyyatına, tarixinə, coğrafiyasına, mədəniyyətinə, incəsənətinə, etnoqrafiyasına, siyasətinə bələd olan yaxşı kadrlar, mütəxəssislər hazırlamaqdır. Eyni zamanda, digər Balkan dillərinin tədrisinə başlamaq, əməkdaşlıqları, ortaq layihələri, ortaq elmi araşdırmaları həyata keçirməkdir. Bu layihələr də kadr hazırlığını nəzərə alaraq, daha çox tələbəyönümlü olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Fevral 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see115

Dostu 6 bıçaq zərbəsi vurdu

29 May 2025 16:45see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see111

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see111

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri