“Nursema”nın taleyindən özü də xəbərsizmiş… Video
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin “Kızılcık Şerbeti” serialında dörd mövsüm “Nursema” obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb.
“Qafqazinfo” xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın “Sahici” proqramında söhbət açıb.
Ayşe Armanın Nursema obrazının taleyi ilə bağlı sualını cavablandıran aktrisa əvvəlcə “Hər şeyin bir sonu var. Sadəcə deyək ki, “Nursema”nın sonu belə idi” deyib.
Armanın personajın qəzada öləcəyindən xəbərinin olub-olmadığını soruşmasına isə Karakoç qısa şəkildə “Xeyr” cavabını verib.
Aktrisanın sözlərinə görə, yeni mövsümlə bağlı prodüserlə görüşüb və serialda fəaliyyətini davam etdirmək barədə razılığa gəliblər.
“Prodüserim mənə “Davam edirik” dedi. Mən də “Yaxşı” dedim. Hər məsələdə razılaşdıq. “Yaxşı tətil keçirin, avqustda görüşərik” deyib ayrıldıq və mən tətilə getdim”, – Karakoç bildirib.
Lakin aktrisa tətildə olarkən istehsal qrupundan telefon zəngi alıb. Karakoç həmin gün təcili zəng edilməsinin səbəbsiz olmadığını düşündüyünü söyləyib.
Ceren Karakoçun serialdan ayrılması avqust ayında açıqlanıb. Aktrisanın sosial şəbəkədəki vida paylaşımında yazdığı “Bəzən həyat bizə planlaşdırdığımız deyil, bizim üçün seçilmiş vidaları gətirir” sözləri də müzakirələrə səbəb olub.
Baxış sayı:106
Bu xəbər 09 Oktyabr 2026 08:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















