Icma.az
close
up
RU
Nüvə dosyesi yenidən masada: Regionu nə gözləyir?

Nüvə dosyesi yenidən masada: Regionu nə gözləyir?

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın ABŞ iıə mümkün danışıqları ərəfəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbərliyi ilə təmasları intensivləşdirməsi regionda yeni diplomatik mərhələnin başlaya biləcəyi barədə siqnallar verir. Rəsmi Tehranın nüvə proqramı ilə bağlı şəffaflıq mesajları verməsi və beynəlxalq nəzarət mexanizmlərinə açıq olduğunu nümayiş etdirməsi Vaşinqtonla münasibətlərdə gərginliyi azaltmağa yönəlmiş addım kimi qiymətləndirilir.

Lakin bu proses təkcə iki ölkə arasındakı münasibətlərlə məhdudlaşmır - söhbət Yaxın Şərqdə formalaşan güc balansından, İsrail amilindən, Körfəz ölkələrinin mövqeyindən və regional təhlükəsizlik arxitekturasının gələcəyindən gedir.

Belə bir mərhələdə İran-ABŞ danışıqlarının bərpası regionda sabitliyi möhkəmləndirəcək, yoxsa yeni siyasi və hərbi gərginlik dalğasına səbəb olacaq?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Zeynal Əmrəliyevin sözlərinə görə, İranın son açıqlamalarından aydın olur ki, rəsmi Tehran MAQATE ilə əməkdaşlığı bərpa etməyə hazırdır. Yəni nüvə yoxlamaları ilə bağlı agentliyin nümayəndə heyətinin yenidən ölkə ərazisində fəaliyyət göstərməsinə razılıq verilə bilər. Bu barədə İran prezidenti Məsud Pezeşkianın da açıqlamaları olub. Burada əsas məsələ İrana qarşı gözlənilən yeni hücum ehtimalıdır:

"Mövcud hakimiyyət, xüsusilə prezident Pezeşkianın komandası mümkün hücumun qarşısını almaq üçün MAQATE ilə əməkdaşlığı yenidən aktivləşdirə bilər. Bu halda Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri İranda yoxlamalar aparacaqlar. Bu addım həm ABŞ və İsrail ilə mümkün qarşıdurma ərəfəsində prosesə təsir etmək, həm də İranın mövqeyini gücləndirmək məqsədi daşıyır".

Zeynal Əmrəliyev: MAQATE ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir

Politoloqun sözlərinə görə, Pezeşkian komandası hər vəchlə gözlənilən hücumun qarşısını almağa çalışır. Çünki 2025-ci ildə baş verən 12 günlük müharibə zamanı İranın infrastrukturuna ciddi zərbə dəyib və bu, ölkə daxilində də mühüm siyasi nəticələrə səbəb olub. Hazırda İran daxilində prezident komandası ilə sərt xətti təmsil edən düşərgə, xüsusilə Ali dini rəhbərə yaxın çevrələr arasında siyasi mübarizə gedir. Başqa sözlə, SEPAH-la Prezident arasında ciddi siyasi qarşıdurma mövcuddur:

"ABŞ və İsrailin mümkün yeni hücumu Pezeşkianın mövqelərini zəiflədə bilər. Buna görə də o, daxildə siyasi balansı qorumaq üçün maksimum şəkildə çalışır ki, belə bir hücum baş verməsin.

Bu kontekstdə MAQATE ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. İran tərəfi agentliklə əməkdaşlıq etməklə zənginləşdirilmiş uranın dinc məqsədlərə xidmət etdiyini göstərməyə çalışır. Rəsmi Tehran atom silahı və ya nüvə bombası hazırlamaq niyyətində olmadığını vurğulayır".

Müsahibimiz bildirir ki, böyük ehtimalla, danışıqlar ərəfəsində MAQATE nümayəndələri uzun fasilədən sonra yenidən İrana səfər edəcək və yoxlamalara başlayacaqlar. Bundan sonra isə danışıqlar prosesi davam etdirilə bilər. Bu isə rəsmi Tehranın Vaşinqton qarşısında mövqeyini müəyyən qədər gücləndirən amil kimi qiymətləndirilə bilər.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Fevral 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri